Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:33

Şəxsin icazəsi olmadan foto, videosunu yaymaq yasaqlanır


İllüstrativ foto
İllüstrativ foto

Sosial şəbəkə şəxsi foto və videoların paylaşılmasının emosional və fiziki ziyan vura biləcəyini vurğulayıb

Twitter sosial şəbəkəsi fərdin icazəsi olmadan onun foto, ya videosunun yayılmasına icazə verməyəcək.

Noyabrın 30-da Twitter bloq postunda qeyd edib ki, gizlilik siyasəti şəxsi medianın yayılmasına da aid ediləcək. Sosial şəbəkə şəxsi foto və videoların paylaşılmasının emosional və fiziki ziyan vura biləcəyini vurğulayıb.

“Bizə aidiyyatı olan fərdlərdən, yaxud onların rəsmi təmsilçisindən bildiriş gəlsə ki, şəxsi foto, yaxud videonun paylaşılmasına icazə verməyiblər, onu siləcəyik”, – postda deyilir.

Sui-istifadə

Twitter-in gizlilik siyasəti digər şəxslərə aid özəl informasiyanı, telefon nömrələrini, ünvanları, şəxsiyyət vəsiqələrini dərc etməyi yasaqlayır. Eyni zamanda alçaldıcı davranış da qadağan olunur.

“Başqa yerdə onlayn mövcud olmayan media və informasiyadan sui-istifadə, fərdləri qısnama, qorxutma, kimliklərini ifşa etmək aləti kimi istifadə sarıdan narahatlıq artır. Şəxsi mediadan sui-istifadə hamıya təsir göstərə bilər, amma qadınlara, fəallara, dissidentlərə, azlıq icmaları üzvlərini qeyri-mütənasib təsirləndirir”, – məlumatda deyilir.

Bu dəyişiklikdən bir gün öncə Twitter-in həmtəsisçisi Cək Dörsi baş icraçı direktor vəzifəsindən gedib, postunu şirkətin texnologiya rəhbəri Paraq Aqravala verib.

XS
SM
MD
LG