Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Türkmənistanda qadınları botoksa görə Dubay reysinə buraxmayıblar


Aşqabad beynəlxalq hava limanı
Aşqabad beynəlxalq hava limanı

Türkmənistanda bir neçə qadın bildirib ki, onları botoks, yapışdırma kirpik və dırnaqlardan istifadə etdiklərinə görə Dubaya uçan təyyarəyə minməyə qoymayıblar.

Qadınlardan biri AzadlıqRadiosuna deyib ki, hava limanında miqrasiya zabitləri ona sifətə və ya onun hansısa hissələrinə edilmiş plastik düzəlişlərin onların kompüterlərindəki üztanıma proqramlarının normal işinə mane olduğunu bildiriblər.

Bu da xəbər verilir ki, bundan bir neçə ay əvvəl Türkmənistan hakimiyyəti qadınlara botoks, saçların rənglənməsi, kosmetika, süni kirpiklər və dırnaqları, eləcə də çox kip oturan paltarları qadağan edib.

Biləsuvarda İran radioları Azərbaycan dilində təbliğat aparır
Gözlə

No media source currently available

0:00 0:08:27 0:00

Qadınlardan biri deyib:

"Onlar Dubaya bilet satanda bizə bu məhdudiyyətlər barədə heç bir xəbərdarlıq verməyiblər. Biletlərdə də bu məhdudiyyətlər barədə heç nə yazılmayıb. Niyə məhz uçuşa dörd saat qalarkən miqrasiya zabitləri bizim üzlərimizi yoxlayırlar”.

Mahri adlı başqa bir qadın isə bildirib:

"Birincisi bu bizim üçün çox böyük maliyyə ziyanıdır. İkincisi bizim hərəkət azadlığımız və qadın haqlarımız tamamilə pozulur. Beynəlxalq hava limanı işçilərinin bizimlə danışıq tonu elədir ki, sanki qadınlar və qızlar Dubaya fahişəlik məqsədilə gedirlər”.

İranda etiraz və toqquşmalar davam edir, yeni itkilər var
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Dünyanın ən repressiv ölkələrindən biri

Türkmənistan dünyanın ən repressiv ölkələrindən biri hesab olunur. Ötən mart ayında Serdar Berdımuxammedov prezidentliyi atası, ölkəyə 2006-cı ildən bəri başçılıq edən Qurbanqulı Berdımuxammedovdan təhvil alıb.

Özəlliklə də ucqarlardan olan qadınlar dolanışıq üçün xarici ölkələrə səfər etməli olurlar.

Bütün bu çətinliklər azmış kimi hakimiyyət qadınlara əlavə məhdudiyyətlər tətbiq edir.

Onlara kişilərlə əl-ələ tutmaq, avtomobilin qabaq oturacağında əyləşmək qadağan olunub.

Bu arada hakimiyyətin tam nəzar'ti altında olan media isə qadınlara “ərlərinə ehtiram” dərsləri keçən məqalələr dərc edir.

Ötən il xaricdə, xüsusən də Türkiyə, ABŞ və Avropa İttifaqında yaşayan türkmənlər etiraz aksiyaları keçirmiş və dünya birliyini Türkmənistanda insan haqlarının vəziyyətinə diqqət yetirməyə çağırmışdılar.

XS
SM
MD
LG