Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Berdımuxammedov oğlunu baş nazirin müavini təyin etdi


Prezident Qurbanqulı Berdımuxammedov oğlu Serdarı yüksək hökumət vəzifəsinə təyin edib
Prezident Qurbanqulı Berdımuxammedov oğlu Serdarı yüksək hökumət vəzifəsinə təyin edib

Türkmənistanın dövlət mediası xəbər verir ki, prezident Qurbanqulı Berdımuxammedov oğlu Serdarı yüksək hökumət vəzifəsinə təyin edib.

O baş nazirin iqtisadiyyat və maliyyə, habelə xarici maliyyə təsisatları ilə işbirliyi məsələləri üzrə müavini olub.

Müxbirlər yazırlar ki, Berdımuxammedovun ehtimalən oğlunu hakimiyyətinə varis hazırlayır.

Serdar bundan əvvəl də bir sıra yüksək vəzifələrə təyin edilib.

Prezidnet 39 yaşlı oğlunu bundan əvvəlki vəzifəsindən – Ali Nəzarət Palatasının sədri vəzifəsindən azad edib və onu təhlükəsizlik şurasının tərkibindən çıxarıb.

Bu hökumət dəyişikliklərinin səbəbi barədə heç bir izahat verilməyib.

“Xalqın oğlu”

Serdar fevral ayında Ali Nəzarət Palatasına sədr təyin ediləndən sonra xeyli məşhurlaşıb.

O bu vəzifədə Türkmənistanın xaricə gedən nümayəndə heyətlərinə başçılıq edirdi.

Onun Mərkəzi Asiya ölkələrinə səfərləri atasının bu tip səfərlərinə bənzəyirdi.

Aprel ayında ölkənin cins at və itlərinə həsr olunmuş bayram şənliklərinin təşkilinə də Serdar Berdımuxammedov başçılıq etmişdi.

Türkmənistanda Axal-Təkə atları və Alabay çoban itlərindən dövlət təbliğatında geniş istifadə olunur, onlara abidələr ucaldılır və bu təbliğata böyük vəsaitlər xərclənir.

Əvvəllər belə bayramlarda Berdımuxammedovun özü fəal iştirak edər, cıdır yarışlarına qatılardı.

Rəsmi media Serdar Berdımuxammedovu adətən “xalqın oğlu” adlandırır.

İqtisadiyyat pisləşir

İyulun 9-da Sərdar Berdımuxammedovun təyinatı ilə eyni gündə bir sıra yüksək vəzifəli rəsmilər ya işdən kənarlaşdırılıb, ya da başqa vəzifələrə keçirilib.

Bu hökumət yerdəyişmələri ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə eyni vaxta təsadüf edir.

Ölkədə işsizlik hökm sürür, əsas ərzaq malları məhdud miqdarda yalnız dövlət mağazalarında satılır.

Türkmənistanın milli valyutası - manat aprel ayında məzənnəsinin ən aşağı həddinə enib.

Tam dövlət nəzarəti altında olan iqtisadiyyat illərdir axsayır, qlobal qaz qiymətlərinin düşməsi isə vəziyyəti daha da ağırlaşdırır.

Ölkənin qaz ehtiyatları dünyanın ən böyük ehtiyatlarından biridir.

XS
SM
MD
LG