Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Türkiyədən Rusiyaya ixrac 30 faizədək azalıb


Türkiyənin Türkstat dövlət statistika idarəsi iyulun 31-də bildirib ki, Türkiyədən Rusiyaya mal ixracı 2024-cü ilin birinci yarısında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28.3 faiz azalaraq 4.16 milyard dollar təşkil edib.

Ötən ilin birinci yarısında bu rəqəm 5.8 milyard dollar idi.

RBK agentliyi ixracın azalmasını Rusiyaya qarşı ABŞ sanksiyaları ilə izah edir. Bu sanksiyalar Rusiya və Türkiyə şirkətləri arasında ödənişlərin məhdudlaşdırılmasına səbəb olub.

Ödənişlə bağlı problemlər ötən ilin dekabrında ABŞ prezidenti Co Baydenin fərmanından sonra yaranıb.

Bu fərmana görə Rusiya hərbi-sənaye kompleksinin şirkətlərinə xidmət edən banklara da sanksiyalar qoyula bilər.

İyun ayında ABŞ bundan əvvəl Rusiya hərbi-sənaye kompleksi ilə əlaqələrinə görə sanksiyaya düşən bütün fiziki və hüquqi şəxsləri yeni sanksiya siyahısına daxil edib.

Xəbər verilir ki, Rusiya hərbi sənayesi ilə gələcəkdə işbirlyində olacaq şirkətlər də bu siyahıya salınacaq.

Rusiya niyə Çində zavod açmaq istəyir?

Ötən həftə Kommersant qəzeti maliyyə bazarındakı mənbələrə istinadla yazırdı ki, Rusiyadan Çinə yuanla edilən ödənişlərin 80 faizə qədəri geri qaytarılır və bu, Çin banklarının ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinməsi ilə bağlıdır.

Qəzetin başqa mənbələri də bildirirlər ki, ödənişlər bəzən hesablarda həftələrlə qalır və bundan sonra vəsaiti heç bir izahat vermədən geri qaytarırlar.

Bundan əvvəl Bloomberg yazmışdı ki, Rusiyanın “Norilski Nikel” (Nornikel) şirkəti metalların Çinə ixracının çətinliklərindən yayınmaq üçün bu ölkədə istehsal müəssisəsi açmağa çalışır.

“Nornikel” şirkətinin başçısı Vladimir Potanin demişdi ki, Çində istehsalat müəssisəsi açmaq ehtiyacı Rusiyada zavodların modernləşdirilməsinin qeyri-mümkünlüyündən yaranıb.

XS
SM
MD
LG