Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:42

Konqresmenlər Türkiyəyə F-16 satılmasına qarşı


F-16 uçuş təlimində
F-16 uçuş təlimində

Bu ayın əvvəlində yayılmış xəbərə görə, Türkiyə 40 ədəd Lockheed Martin istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80 modernizasiya dəsti almaqdan ötrü Birləşmiş Ştatlara müraciət edib

ABŞ-ın bir qrup demokrat və respublikaçı konqresmeni Prezident Co Bayden administrasiyasını Türkiyəyə F-16 qırıcıları satmamağa çağırıb. Onlar Konqresin belə bir ixracı bloklayacağını əminliklə dilə gətiriblər. Xəbəri “Reuters” yayıb.

“Özünü düşmən kimi aparan müttəfiqə...”

Nümayəndələr Palatasının 11 üzvü Baydenə və Dövlət katibi Entoni Blinkenə məktubunda Türkiyəyə Lockheed Martin istehsalı olan 40 yeni F-16 və 80 modernizasiya dəsti satıla biləcəyindən “dərin narahatlıq hissi” bildiriblər.

“Reuters” 25 oktyabr tarixli məktubu gördüyünü yazır.

“Prezident Recep Tayyip Ərdoğan sentyabrda Rusiyadan əlavə S-400 havadan müdafiə sistemləri alınacağını elan etdi. Özünü düşmən kimi aparan müttəfiqə ABŞ istehsalı təyyarələr göndərməklə milli təhlükəsizliyimizi zərbə altında qoya bilmərik”, – konqresmenlər yazırlar.

Ağ ev məsələni şərh etməyib. Dövlət Departamentinin sözçüsü isə qurumun Konqreslə yazışmaları şərh etmədiyini bildirib.

Türkiyə 40 ədəd F-16 istəyir

Bu ayın əvvəlində yayılmış xəbərə görə, Türkiyə 40 ədəd Lockheed Martin istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80 modernizasiya dəsti almaqdan ötrü Birləşmiş Ştatlara müraciət edib.

Ankara daha öncə 100-dən artıq F-35 almaq üçün müraciət etmişdi. Amma Rusiyadan S-400-lər alandan sonra ABŞ Türkiyəni bu proqramdan çıxardı.

“Bu planlar həyata keçərsə, Konqresin belə bir ixracın qarşısını alacağından əminik, amma Birləşmiş Ştatlar indiki məqamda Türkiyə hökumətinə istənilən qabaqcıl hərbi avadanlığı sata bilməz”, – məktubda vurğulanır.

Son beş ildə NATO-nun bu iki müttəfiqinin tərəfdaşlığı təlatümlərdən əskik deyil. Suriyada vəziyyət, Ankaranın Moskvayla yaxınlaşması, Aralıq dənizində donanma ambisiyaları, Türkiyənin dövlət bankına ABŞ-ın ittihamlar, Türkiyədə insan hüquq və azadlıqlarının pozulması ziddiyyətlər yaradıb.

XS
SM
MD
LG