Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Turizmin də strateji xəritəsi açıqlandı


İlham Əliyev xanımı Mehriban Əliyeva ilə Qəbələdə Tufan turizm mərkzinin açılışında, 3 yanvar 2013
İlham Əliyev xanımı Mehriban Əliyeva ilə Qəbələdə Tufan turizm mərkzinin açılışında, 3 yanvar 2013

Hökumət daha bir strateji yol xəritəsini ictimaiyyətə açıqlayıb. Sənəd “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” adlanır.

Sənəd ölkə başçısının internet səhifəsində açıqlanıb

Xəritə 2025-ci ilədək görülməsi vacib hesab edilən fəaliyyətləri ehtiva edir. Fəaliyyətlər dörd strateji hədəfə hesablanıb.

Milli Turizm Təbliğat Bürosu yaradılır

Birinci hədəf xarici turistləri daha çox cəlb etməklə Bakının turizm potensialının tam gerçəkləşdirilməsi ilə bağlıdır. Bu hədəfə çatmaq üçün ilk addımda Milli Turizm Təbliğat Bürosunun yaradılması nəzərdə tutulur. Bundan başqa, Bakıda mehmanxanalarda xarici ölkə vətəndaşları üzrə gecələmə sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılması planlanır.

Bakı üçün 2017– 2020-ci illər üzrə marketinq və kommunikasiya planı hazırlanmalı, cəlbedici turizm məkanlarına dair məlumatlar və turist xidmət paketləri yenilənməli, şəhər turu nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlər təkmilləşdirilməlidir.

Buna da bax: Azərbaycanda turizmi inkişaf etdirmək üçün 3 tövsiyə...

Xəritədə həmçinin Bakıda turizm infrastrukturunun, o cümlədən uyğun qiymətə mehmanxana və cəlbedici turizm məkanlarının inkişaf etdirilməsi, çimərlik turizminin təşviqi üzrə fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Foto: arxiv
Foto: arxiv

Turizm və Rekreasiya Zonaları...

Xəritənin ikinci strateji hədəfi turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasını nəzərdə tutur. Bu hədəf çərçivəsində Turizm Şurasının fəaliyyəti təşkil edilməli, Turizm və Rekreasiya Zonaları (TRZ) yaradılmalı, bütün ölkənin turizm təqvimi hazırlanmalıdır.

Bununla yanaşı, viza rəsmiləşdirilməsi proseslərinin və sərhəd keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi də təmin olunmalıdır.

Buna da bax: Neft turizm üçün «minus» hesab olunur

Yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsini nəzərdə tutan 3-cü strateji hədəf çərçivəsində bir neçə istiqamətdə fəaliyyətlər reallaşdırılmalıdır. Sənəddə deyilir ki, sağlamlıq turizmi üçün tələbat yenidən formalaşdırılmalı, Qalaaltı, Naftalan və Duzdağdakı sağlamlıq xidməti göstərən müəssisələrdə bərpa və yenidənqurma işləri aparılmalı, qış turizminin inkişafı dəstəklənməli, mədəni turizm marşrutları yaradılmalıdır.

...350 milyon lazimdir

Sonucu strateji hədəf turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılmasını nəzərdə tutur.

100 səhifəlik xəritədə nəzərdə tutulmuç strateji hədəflərə nail olmaq üçün 350 milyon manat

Foto: arxiv
Foto: arxiv

investisiya tələb olunur.

Ötən həftə hökumət “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Bunun ardınca “Azərbaycan maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dairStrateji Yol Xəritəsi” açıqlanıb.

XS
SM
MD
LG