Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Tramp Konqresdə ifadə verəcəkmi


Vaşinqton, 12 yanvar, 2021-ci il
Vaşinqton, 12 yanvar, 2021-ci il

Komitə həmçinin Gizli Xidmətin əvvəl heç yayılmamış mesajlarını açıqlayıb

Kapitoliyə 6 yanvar basqınını araşdıran ABŞ Nümayəndələr Palatasının komitəsi keçmiş prezident Donald Trampın ifadə verməyə çağrılmasını yekdilliklə dəstəkləyib. Qurum Trampın zorakı hadisələrdən öncə “öncədən planlaşdırılmış” kimi davranaraq köməkçiləri və rəsmilərinin çoxsaylı xəbərdarlıqlarını rədd etdiyini bildirir.

“6 yanvar hadisələrinin mərkəzi oyunçusunun and içərək ifadə verməsinə nail olmalıyıq”, – komitənin sədr müavini, respublikaçı konqresmen Liz Çeyni oktyabrın 13-də deyib.

Xankəndindəki etirazçılar: 'Araik Arutunyana etibar etmirik'
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Komitə videolar yayıb

Tramp dərhal bu qərarı pisləyib, komitənin niyə bu addımı son iclasında atmasını sorğulayıb.

O, çağırışa əməl edib-etməyəcəyini açıqlamayıb, ancaq təhlilçilərin fikrincə, məhkəmə iddiası qaldıracaq.

Komitənin Trampı çağırmaq qərarını dəstəkləmək üçün yaydığı videoda konqres liderlərinin daha öncə yayılmamış görüntüləri yer alıb. Tramp kütləni dayandırmaqdan imtina etdiyi üçün onlar Kapitoliyə hücum vaxtı kömək istəyirlər.

Komitə həmçinin Gizli Xidmətin əvvəl heç yayılmamış mesajlarını açıqlayıb. Bu mesajlar ekstremist qrupların Tramp-ın prezidentliyi uğrunda mübarizədə əzələ nümayişi olaraq, hücumdan həftələr öncə Vaşinqtona qüvvə göndərməyi müzakirə etdiyini göstərir.

Azı 850 nəfər mühakimə olunub

Tramp 2020-ci ildə indiki prezident Co Baydenə uduzduğunu qəbul etməyib, tərəfdarlarını yanvarın 6-da yürüşə çağırıb. Həmin gün Konqres səsvermənin nəticəsini təsdiqləməliydi.

Kütlə sonradan Trampın çağırışı ilə Kapitoliyə doğru yürüyərək binaya basqın edib.

6 yanvar basqını və daha sonra azı beş nəfər həlak olub. Onların içində Kapitoli Polisinin güllələyərək öldürdüyü Tramp tərəfdarı da olub.

İndiyədək Ədliyyə Departamenti 850-dən çox adamı mühakimə edib, bəzilərinə iğtişaşda roluna görə uzunmüddətli həbs cəzaları kəsilib. “Oath Keepers and Proud Boys” ekstremist qrupunun bir neçə lideri isə qiyama çağırışda ittiham olunub.

Tramp barəsində seçkidə və daha sonra hərəkətlərindən dolayı ştat və federal səviyyədə müxtəlif araşdırmalar aparılır.

XS
SM
MD
LG