Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:28

TQDK ləğv edildi…


Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

AzərTAC-ın xəbərinə görə, fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini təşkil etmək məqsədilə yaradılır.

Bundan başqa, bu qurum orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanları keçirəcək.

Fərmanda müəyyən edilir ki, Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin, digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini prezident həyata keçirir.

Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Nəticədə, prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir.

Onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Bu, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan baş verir.

XS
SM
MD
LG