Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Pəncşirdən ziddiyyətli məlumatlar gəlir


Pəncşir vilayət valisi idarəsinin qarşısı, 6 sentyabr, 2021-ci il
Pəncşir vilayət valisi idarəsinin qarşısı, 6 sentyabr, 2021-ci il

ABŞ Prezidenti Co Bayden sentyabrın 6-da Ağ evdə reportyorların Talibanın tanınması haqda sualına “Ona hələ çox var” deyə cavab verib

Taliban Əfqanıstanın Pəncşir vadisində qələbə çaldığını iddia etsə də müqavimət hərəkatının lideri “ümumi qiyama” çağırıb, müqavimətin davam edəcəyini deyib.

Talibanın sözçüsü Zabihulla Mücahid sentyabrın 6-da mətbuat konfransında Pəncşirin tutulduğunu bəyan edib. O, qruplaşmanın tezliklə yeni hökuməti açıqlayacağını söyləyib, paştun talibandan etnik baxımdan fərqli vadi sakinlərinə “qarşı ayrı-seçkiliyin olmayacağını” vurğulayıb.

“Onlar bizim qardaşlarımızdır, birgə məqsəd və ölkənin rifahı üçün birlikdə işləyəcəyik”, – Mücahid deyib.

Əhməd Məsudun açıqlamaları

“Biz Pəncşirdəyik və Müqavimətimiz davam edəcək”, – bunu isə Milli Müqavimət Hərəkatının lideri Əhməd Məsud Twitter-də yazıb. O, salamat olduğunu desə də yerini açıqlamayıb.

O, daha sonrakı tvitində Talibanın son bir həftədə Pəncşirdə tutduğu ərazilərin 70 faizinin “bir saatin içində” müqavimət qüvvələri tərəfindən yenidən ələ keçirildiyini qeyd edib.

Pəncşirdə nə baş verdiyini müstəqil mənbələrdən öyrənmək mümkün deyil, çünki islamçı qruplaşma ərazinin telefon, internet və elektrik xətlərini kəsib.

Məsud dünən daha öncə yayılmış audio mesajında “vətənimizin şərəfi, azadlığı və qüruru naminə ümumi qiyama” çağırıb. O deyib ki, əfqanlar istənilən mümkün formada – silahlı mübarizə, yaxud etirazlar keçirməklə savaşa bilərlər.

Taliban sonuncu Pəncşir vilayətini də ələ keçirdiyini deyir
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Talibanı o zaman tanıyarlar ki...

Dağlıq ərazidə yerləşən Pəncşir vadisi paytaxt Kabildən 100 km şimal-şərqdədir. 200 min əhalisi olan vadi vaxtilə sovet işğalına, daha sonra Taliban idarəçiliyinə qarşı çıxıb.

Avqustun 15-də paytaxt Kabili tutan Taliban 1996-2001-ci ildəkindən fərqli idarəçilik vəd edib. Amma qərb liderləri Taliban hökumətinin tanınmasını onun sözləri ilə deyil, hərəkətləri ilə şərtləndiriblər.

ABŞ Prezidenti Co Bayden sentyabrın 6-da Ağ evdə reportyorların Talibanın tanınması haqda sualına “Ona hələ çox var” deyə cavab verib.

Bayden Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Austini Qətərə əmir Şeyx Tamim bin Hamad əl-Tani ilə danışıqlara göndərib. Vaşinqton Taliban idarəçiliyinə reaksiyası ilə bağlı müttəfiqləri ilə konsensus əldə etməyə çalışır.

Əfqanıstanda qızlar məktəbə gedir,Taliban hələlik heç nə demir
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Qətərdə danışıqlar

Sentyabrın 6-da tərəflər Əfqanıstanda təhlükəsizliyin gücləndirilməsini müzakirə ediblər. Blinken və Austin əl-Taniyə amerikalıların və risk altında olan əfqanların Kabildən çıxarılmasında Qətərin "qeyri-adi dəstəyi"nə görə təşəkkür ediblər.

Blinken həmçinin Küveytin Xarici işlər naziri Şeyx Əhməd Nasir əl-Məhəmməd əl-Sabahla danışıb, təxliyələrdə Küveytin yardımına görə ona təşəkkür edib.

Qərb ölkələri quraqlıq və müharibədən əziyyət çəkənlərə humanitar yardımın çatdırılmasında Talibanla işləməyə hazır olduqlarını bildiriblər. BMT-nin məlumatına görə, Əfqanıstan əhalisinin təxminən yarısına – 18 milyona yaxın insana dəstək lazımdır.

XS
SM
MD
LG