Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:12

200 nəfərin Əfqanıstandan çıxmasına icazə veriləcək


Məzari-Şərifdə qadınların nümayişi, 6 sentyabr, 2021-ci il
Məzari-Şərifdə qadınların nümayişi, 6 sentyabr, 2021-ci il

Məzari-Şərifdə gözləyənlər arasında 19 amerikalının olduğu deyilir

Taliban 200 amerikalının və üçüncü ölkə vətəndaşlarının çarter reysləri ilə Kabil aeroportundan çıxmasına razılıq verilib. “Reuters” xəbəri ABŞ rəsmisinə istinadla yayıb.

Anonimlik şərtilə danışan rəsminin sözlərinə görə, ABŞ-ın Xüsusi elçisi Zalmay Xəlilzad reyslərə icazə vermək üçün islamçı qrupa təzyiq göstərib. Reys sentyabrın 9-na gözlənir.

Məzari-Şərifdə qalanlar

Ancaq rəsmi 200 nəfərin içində neçə gündür şimaldakı Məzari-Şərif şəhərində qalmış yüzlərlə şəxsdən kiminsə olub-olmadığını söyləməyib. Onların da çarter reysi ilə uçmasına icazə verilmirdi.

Məzari-Şərifdə gözləyənlər arasında 19 amerikalının olduğu deyilir.

ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Taliban Birləşmiş Ştatlara söz verib ki, “səyahət sənədləri olanların azad şəkildə çıxışına icazə verəcək”.

Birləşmiş Ştatlar avqustun 31-dək Əfqanıstandan hərbçilərini çıxarıb. O vaxtadək Taliban ölkəyə nəzarəti ələ alıb.

Hərbçilər çıxarılanadək Birləşmiş Ştatlar və NATO müttəfiqləri onminlərlə əcnəbini və risk altında olan əfqanı Kabildən təxliyə edib.

Ancaq 100-dən artıq, ola bilsin yüzlərlə amerikalının ölkədə qaldığı, onminlərlə insanın çıxmaq istədiyi bildirilib.

XS
SM
MD
LG