Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:27

Təhqiqat: Navalnını zəhərləyənlər daha üç nəfəri öldürüblər


“Yeni Rusiya” hərəkatının lideri və Putin hökumətinin tənqidçisi Nikita İsayev
“Yeni Rusiya” hərəkatının lideri və Putin hökumətinin tənqidçisi Nikita İsayev

Rusiyada jurnalist təhqiqatının nəticəsinə görə Federal Təhlükəsizlik Xidmətinin (FTX) Aleksey Navalnının zəhərlənməsində iştirak etmiş qrupu, daha üç zəhərləmə aktında iştirak edib. Bütün zəhərləmələr qurbanların ölümü ilə nəticələnib.

Söhbət 2014-cü ilin iyulunda Nalçikdən olan jurnalist və insan haqları fəalı Timur Kuaşevin qətlindən, 2015-ci ilin martında Kaspiysk şəhərində Dağıstan “Sadval” hərəkatının fəalı Ruslan Maqomedraqimovun öldürülməsindən, habelə 2019-cu ilin noyabrında “Yeni Rusiya” hərəkatının lideri Nikita İsayevin qətlindən gedir.

Beynəlxalq təhqiqat qrupu Bellingcat, Almaniyanın Der Spiegel məcmuəsi və Rusiyanın The Insider nəşrinin birlikdə apardığı araşdırmanın hesabatında belə deyilir.

Timur Kuaşev Nalçik yaxınlığında ölü tapılıb. Məhkəmə-tibb ekspertizası onun bədənində zorakılıq izləri və qoltuğunda isə iynə yeri aşkar edib.

Buna baxmayaraq 26 yaşlı insan haqları müdafiəçisinin rəsmi ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Kim öldürübsə ekspertizanı da o keçirib

Bellingсat, The Insider və Der Spiegel-in birgə araşdırmasının nəticələrində deyilir ki, bu qətlin ərəfəsində FTX əməkdaşları Konstantin Kudryavtsev (bu həmin şəxsdir ki, Aleksey Navalnı ilə telefon söhbətində onu zəhərlədiyini istəmədən etiraf etmişdi), FTX 2 nömrəli ETİ-nin həkimi İvan Osipov (o da Navalnının zəhərlənməsində iştirak edib) və FTX “konstitusiya quruluşunun mühafizəsi” xidmətinin iki əməkdaşı – Denis MaçikinRoman Matyuşin Nalçikə gəliblər.

Onların hamısının 2014-cü il 30-31 yanvar tarixləri üçün Moskvaya dönüş biletləri olub.

Amma bununla belə onlar sonradan biletlərini dəyişərək Moskvaya daha gec, Kuaşevin qətlindən sonra qayıdıblar.

Təhqiqatçılar hesab edirlər ki, bu, Kuaşevin oğurlanması və öldürülməsinin vaxtında alınmamasına görə baş verib.

Təhqiqat hesabatında bu da qeyd olunur ki, qətlə yetirilmiş Kuaşevin atası oğlunun zəhərlənməsi versiyasında israr etdikdən sonra onun qan nümunəsi daha bir ekspertizaya göndərilib.

Bu nümunələrinin analizini FTX-nin 2 nömrəli həmin ETİ-si həyata keçirib.

Hesabatda deyilir ki, bu səbədən də şübhəli heç nəyin tapılmaması təbiidir.

XS
SM
MD
LG