Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

NATO Gürcüstan və Ukraynaya dəstək nümayiş etdirəcək


Kanadanın Halifax tipli hərbi freqatı aprelin 1-də Odessa portuna yan alıb
Kanadanın Halifax tipli hərbi freqatı aprelin 1-də Odessa portuna yan alıb

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans nüvə silahlarına nəzarətə dair Soyuq müharibə illərində imzalanmış müqavilənin Rusiya tərəfindən davamlı pozulmasına cavab olaraq atacağı “növbəti addımları”, habelə özünün Qara dəniz regionundakı hərbi mövcudluğunu bu həftə müzakirə edəcək.

NATO xarici işlər nazirləri Qərb hərbi alyansının əsasını qoymuş Vaşinqton Müqaviləsinin 70 illiyini qeyd etmək üçün aprelin 4-də Birləşmiş Ştatların paytaxtına gələcəklər.

Burada keçiriləcək danışıqların əsas etibarilə Rusiya ilə münasibətlərə həsr olunacağı gözlənilir. Bu münasibətlər Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsindən və Ukraynanın şərqində separatçı münaqişəni alovlandırmasından sonra gərginləşib.

Stoltenberg aprelin 1-də Brüsseldə jurnalistlərə deyib ki, NATO nazirləri Vaşinqton görüşündə Rusiyanın 1987-cı il tarixli Ortamənzilli Raketlərə dair Müqaviləni (INF) pozması məsələsini müzakirə edəcəklər.

İngiliscə qısaldılmış adı INF olan bu müqavilə Birləşmiş Ştatlara və Rusiyaya 500 kilometrdən 5500 kilometrədək uça bilən raketlərin layihələndirlməsini, istehsalını və yerləşdirilməsini qadağan edir.

Birləşmiş Ştatlar ötən fevralda bu müqavilədə iştirakını dayandırıb. Vaşinqton bunu Rusiyanın müqavilənin şərtlərini pozan raket tipi istehsal etməsi ilə izah edir.

Stoltenberg deyib ki, Rusiyanın sözü gedən yeni raketini “aşkar etmək çətindir” və bu səbəbdən də o hamını narahat edir:

“Rusiya bizim onun INF müqaviləsinə riayət etməsinə dair bütün çağırışlarımıza məhəl qoymur, vaxt isə daralır və biz buna görə də NATO-nun növbəti addımlarını müzakirə etməliyik”.

NATO baş katibi vurğulayıb ki, alyans Avropada yerdən atılan yeni raket tipləri yerləşdirməyi planlaşdırmır.

Mətbuat konfransında ABŞ-ın NATO-dakı səfiri xanım Kay Bailey Hutchison-la birlikdə danışan alyans rəhbəri deyib ki, Vaşinqton görüşü zamanı nazirlərin “Qara dənizdəki situasiyanın yaxşılaşdırılması istiqəmatində yeni tədbirləri, habelə NATO-nun Gürcüstan və Ukraynaya dəstəyini müzaklirə edəcəkləri gözlənilir.

Stoltenberg deyib ki, yeni tədbirlərə dəniz və sahil keşiyi qüvvələrinin təlimi, portlara səfərlər və informasiya mübadiləsi daxildir.

NATO Rusiyanın Qara və Azov dənizlərini birləşdirən Kerç boğazında Ukrayna gəmilərinin və dənizçilərinin həbsi də daxil “adət halını almış aqressiv davranışından” narajatdır.

NATO Rusiyadan Ukraynaya məxsus üç gəminin və 29 dənizçinin dərhal azad edilməsini və Ukrayna gəmilərinin Azov dənizinə sərbəst çıxşına imkan verməsini tələb edib.

Stoltenberg aprelin 2-də ABŞ prezidenti Donald Trump-la görüşməli, habelə ABŞ Konqresində çıxış etməlidir.

XS
SM
MD
LG