Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Amerikalı astronavt Rusiya medalını Moskvaya qaytarır


Skott Kelli
Skott Kelli

O həmin medalı 2011-ci ildə ona vermiş ovaxtkı prezident Dmitri Medvedevə yazdığı postda mükafatı “oğlu bu ədalətsiz müharibədə həlak olmuş rus anasına” verməyi xahiş edir

Amerika astronavtı Skott Kelli Rusiyanın “Kosmosun fəthində xidmətlərinə görə” dövlət medalını geri qaytardığını bildirib.

Rusiyanın Soyuz kosmik gəmisi də daxil kosmosa 4 uçuş etmiş astronavt deyib ki, bu addımı Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq atır.

O həmin medalı 2011-ci ildə ona vermiş ovaxtkı prezident Dmitri Medvedevə Twitter-də yazdığı postda mükafatı “oğlu bu ədalətsiz müharibədə həlak olmuş rus anasına” verməyi xahiş edir:

"Mən medalı poçtla Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərirəm”.

2015-2016-cı illərdə Beynəlxalq Kosmik Stansiyada rusiyalı kosmonavtlarla birlikdə orbitdə 340 gün keçirmiş ilk amerikalı olan Kelli Ukrayna müharibəsini sosial şəbəkələrdə, həm də bəzən rus dilində fəal müzakirə edir.

Bir neçə gün əvvəl Kelli Roskosmosun rəhbəri Dmitri Roqozinlə polemikaya girmiş, onun “üzərində bir neçə başqa bayraqlar olmadan da Rusiyanın kosmik raketinin daha gözəl görünəcəyinə” dair postuna şərh yazmışdı:

"Dimon, bu bayraqlarsız və onların qazandırdığı xarici valyutasız sənin kosmik proqramın bir çürük qoza da dəyməyəcək. Bəlkə də sən özünə McDonalds-da iş taparsan...Əgər Rusiyada McDonalds hələ qalırsa...”

Roqozin bu şərhə təhqiqarmiz sözlərlə cavab vermişdi.

McDonalds şirkəti martın 8-də Rusiyadakı bütün restoranlarını bağladığını elan edib.

XS
SM
MD
LG