Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

'Silk Way'in daşımaları xeyli artıb


«Silk Way Holding» daşımaları
«Silk Way Holding» daşımaları

Çoxsaylı yük təyyarələrinə sahib olan, ötən il daha bir hava nəqliyyatı şirkəti quran «Silk Way Holding» daşımaların həcmini və gəlirlərini xeyli artıra bilib.

Dövlət Statistika Komitəsi (DSK) açıqlayıb ki, ötən il Azərbaycan aviaşirkətləri 158 min tona yaxın yük daşıyaraq, tarixi rekord qazanıblar. Bir ildə yük daşımaları 23,5 faiz artıb.

Buna da bax:​ 'Bank Silk Way' 2016-cı ildən mənfəətlə çıxıb

Yük valyutaya daşınır

AzadlıqRadiosunun DSK-dan əldə etdiyi məlumatda deyilir ki, ötən ilin 9 ayında təyyarədə yükdaşıma 482,2 milyon manat – keçənilkindən 24,1 faiz çox gəlir gətirib. Yüklərin ölkə xaricində sərbəst dönərli valyuta ilə daşınması, manatın kəskin devalvasiyası və yükdaşımanın çoxalması fonunda gəlirlərin artımı elə də böyük deyil.

Şirkətlər yükdaşıma xərclərini çıxandan sonra 77 milyon manatdan çox təmiz qazanc götürüblər. Əvvəlki illə müqayisədə qazanc 15,5 milyon manat artıb.

Buna da bax: AZAL-ın bələdçiləri Londonda saxlanılıb [yenilənib]

AZAL-ın şirkəti var, təyyarəsi yox...

«Azərbaycan Hava Yolları» QSC-nin strukturunda yük aviaşirkəti də var. Amma AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyir ki, yük aviaşirkətinin təyyarələriolmadığından fəaliyyət göstərmir.

Təyyarələr kreditə alınır

Ölkədə karqo daşımalarına nəzarət edən «Silk Way Aviaşirkəti» MMC təyyarə parkını yeniləyərkən, əsasən, bank kreditlərindən yararlanır. Holdinqə daxil «Bank Silk Way» ASC-nin 2015-ci il üzrə maliyyə hesabatına görə, onun bu aviaşirkətə verdiyi kreditlərin məbləği bir ildə 86,6 milyon manatdan 243,2 milyon manata yüksəlib.

XS
SM
MD
LG