Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

Azərbaycanın 4 böyük şirkətini bağlayan "gizli tellər"- [Araşdırma]


Karikatura
Karikatura

►4-cü güc mərkəzi yaranıb?

Şəmkir şəhərində yeni iri şirkət qurulub. Buradakı 13 şirkət «Comas» MMC-yə qoşulmağa qərar verib.

Beləliklə, bölgədə «AtaHolding», «Synergy Group» və «Shamkir Capital Group» kimi nüfuzlu şirkətlər qruplarından sonra sayca dördüncü yeni iri şirkət yaranıb.

Sözügedən 4 qrupun “gizli tellər”lə bir-birinə bağlanması diqqət çəkir. AzadlıqRadiosu məsələni araşdıraraq, “kələfi” çözməyə çalışıb.

Xalq şairinin adını daşıyan küçədə 100-dək şirkət qeydə alınıb

2013-2014-cü illərdə qurulan və ilk ünvanı Bakı şəhərində iş mərkəzi kimi tanınan Süleyman Rüstəm küçəsi, ev 9 olan 13 şirkət («AS Brand», «Asset Mart», «Blossom Pact», «Platek Mart», «Relt Mart», «Relt Pact», «Dekot Capital», «Trade Alliance», «Trade Company», «Trade Concept» və «Trade Integration» MMC-lər, eləcə də Şəmkir dəri emalı zavodu və «Xəzər-Petrol» MMC) “təsisçinin qərarı ilə” «Comas» MMC-nin çətiri altında birləşib.

Qəribədir ki, kommersiya yönümlü hüquqi şəxslərin dövlət reyesrtində olan məlumata görə, ləğvetmə dönəmini yaşayan bu şirkətlər indi “başsızdır”. Başqa sözlə, ləğvetmə prosesini aparacaq bir kimsə yoxdur.

“Süleyman Rüstəm, 9” ünvanı yuxarıda sadalanan holdinqlərə daxil olan çoxsaylı şirkətlərin də “evidir”.

Təxmini hesablamalara görə, indiyədək burada ölkə iqtisadiyyatının müxtəlif sahələrində tanınan 100-dək şirkət qeydə alınıb. Onların bəzisi artıq ləğv edilərək fəaliyyətini dayandırıb.

“Vergi xəbərləri”nin redaktoru?

Açıq mənbələrdə «Comas» MMC-yə qoşulan şirkətlərin bir çoxu haqqında məlumat verilmir.

Təkcə bu məlumdur ki, onların hamısı Şəmkir şəhərində “Heydər Əliyev prospekti,17”-ni özünə ünvan seçib. «Xəzər-Petrol»-un çoxsaylı yanacaqdoldurma məntəqəsinə sahib olduğu, «Dekot Capital»-ınsa təkistifadəlik şprislər istehsal edən zavodun inşasına sərmayə qoyduğu bildirilir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Amma zavodun harada qurulduğu, eləcə də indiki fəaliyyəti “qatı dumana bürünüb”.

«Comas» MMC-ni 2009-cu ilin yanvarında 10 min manat kapitalla Səid Hüseyn oğlu Əliyev qurub. O, 1 faiz payla «Synergy Group»-da da təmsil olunur.

Səid Əliyev barədə az məlumat var. Onun bir neçə il öncə “Azərbaycanın vergi xəbərləri” aylıq jurnalına redaktorluq etdiyi bilinir.

“Təsisçilər eyni adamlardır”

«Synergy Group»-un ictimaiyyətlə əlaqəlar meneceri Ayxan Nəsibli AzadlıqRadiosuna deyib ki, «Synergy Group»-la «Shamkir Capital Group»-un təsisçiləri eyni adamlardır. Hər iki qrupun Müşahidə Şurasının üzvləri də eyni şəxslərdir.

Mətbuatda «AS Master» MMC təsisçisinin «Trade Market» MMC-yə qoşulmaq barədə qərar verməsi də açıqlanıb. «Synergy Group» bildirir ki, «Trade Market» MMC Şəmkirdə ən iri alış-veriş mərkəzi sayılan “WestGate” ticarət cərgəsini idarə edir. Əsasən, brend malların satıldığı bu ticarət mərkəzi Synergy-yə məxsusdur.

Ayxan Nəsibli «AS Master» MMC-nin sərnişin daşımaçılığı ilə (taksi və avtobus) məşğul olduğunu və «Shamkir Capital Group»-a daxil olduğunu söyləyib.

Azərbaycanın tanınmış şirkətlərinə sahiblik edən Səid Əliyev və Əşrəf Kamilov (o, həm də «AtaHolding» MMC Müşahidə Şurası sədrinin birinci müavini və «AtaBank» AS Müşahidə Şurasının sədridir) təvazökarlıqdan, işin çoxluğundan və ya başqa səbəbdən hələ bir dəfə də media önünə, o sıradan kamera və mikrofon qarşısına çıxmayıblar.

Həm «Comas» şirkətinə, həm də «Trade Market»-ə eyni şəxs (Cəbrayıl Quliyev) başçılıq edir. Onun bunadək «Synergy Group»-a daxil olan «Synac» MMC-nin «Kids Academy» uşaq təhsil mərkəzinə direktorluğu bu üç qrupun möhkəm əlaqələrindən xəbər verir.

“Bir ailə” təsəvvürü yaradan şirkətlər

Ümumiyyətlə, bu şirkətlər sanki “bir ailə” təəssüratı bağışlayır.

Məsələn, «Shamkir Capital Group» MMC İdarə Heyətinin sədri İlkin Quliyev bu vəzifədə Fərid Hüseynovu əvəzləyib. İ. Quliyev bunadək «Blossom Pact», «Platek Mart», «Relt Mart», «Relt Pact», «Synergy Technic» və başqa şirkətlərə rəhbərlik edib. F. Hüseynovsa “rotasiya qaydasında” indi «Synergy Group» MMC-nin və qrupa daxil olan «Caspian Development Bank» ASC-nin müşahidə şuralarının üzvlüyünə təyin edilib.

Şəmkirdə özəl sahibkarlıq sahəsində baş verənlər bununla bitmir.

«Capital Partners» MMC-nin ləğvi də olay sayıla bilər. İlk məkanı “S.Rüstəm, 9” olan, sonradan digər şirkətlər kimi ünvanını Şəmkirə dəyişən bu şirkətin rəhbəri Səid Əliyev, təsisçisi isə «CAPITAL ESTATE» MMC-dir.

İnvestisiya şirkəti kimi fəaliyyət göstərən «CAPITAL ESTATE» 2012-ci ildə «Caspian Estate» adı ilə yaranıb.

Şirkətin təsisçilərindən biri Səid Əliyevin özüdür. Onun şəriki də bir başqası deyil, elə «Synergy Group»dakı Əşrəf Kamilovdur. Bu şirkətə növbələşməklə gah Səid Əliyev, gah da Əşrəf Kamilov rəhbərlik etsələr də,

indi onun direktor vəzifəsi boşdur. «CAPITAL ESTATE» MMC-yə aid «Praslin» şirkətinin keçən ötən ilin iyununda ləğvinə qərar verilib. Hazırda bu investisiya şirkəti fəaliyyəti ictimaiyyətə bəlli olmayan, ən azı, 3 şirkətə («Norfolk», «Nerka» və «Burqaz» MMC-lər) sahiblik edir.

Yenə həmin ikili rəhbərdir... Şəmkir rayon İcra Hakimiyyəti bildirir ki, indi «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu rayonda “lövbər salmaqdadır”. Korporasiya «Shamkir Capital Group»a məxsus «Şəmkir Aqropark»da tikinti-quraşdırma işlərində iştirak edəcək.

Bunadək “Akkord” Şəmkirin su-kanalizasiya sisteminin yenidən qurulması işlərini icra edib.

Heç təsadüfi deyil ki, bu korporasiyada da Səid Əliyev və Əşrəf Kamilov ikilisi diqqət çəkir. Maliyyə hesabatlarına görə, ölkədə və onun hüdudlarından kənarda 30-dan çox istehsal, tikinti, əmlak idarəçiliyi üzrə şirkət və müəssisəni birləşdirən “Akkord” korporasiyasına «VIP Estate» şirkəti vasitəsilə Əşrəf Kamilov nəzarət edir. 2010-cu ildə qurulan «VIP Estate» MMC-nin rəhbəri yenə Səid Əliyevdir.

Qeyd etmək lazımdır ki, «VIP Estate» MMC-nin özünün təsisçisi qismində «Solos» MMC çıxış edir.

Qəribədir ki, kommersiya şirkətləri haqqında məlumatların açıq olduğu 2010-cu ildə həmin şirkətin özünün qurucusu barədə məlumat gizli saxlanmışdı.

Bu şirkət zamanında, ən azı, 7 şirkətə “həyat verib”, amma sonradan onların bir neçəsi («Avion», «Balitor», «İnsitat» və «Brainpover» MMC-lər) ləğv edilib.

Niyəsi və necəsi başqa araşdırmanın mövzusu ola bilər.

Media onları tanımır

Azərbaycanın tanınmış şirkətlərinə sahiblik edən Səid Əliyev və Əşrəf Kamilov (o, həm də «AtaHolding» MMC Müşahidə Şurası sədrinin birinci müavini və «AtaBank» AS Müşahidə Şurasının sədridir) təvazökarlıqdan, işin çoxluğundan və ya başqa səbəbdən hələ bir dəfə də media önünə, o sıradan kamera və mikrofon qarşısına çıxmayıblar.

Buna da bax:

Bayram yarmarkası... Çoxu narazıdır...
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

XS
SM
MD
LG