Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

"Gizli torpağa" görə namizədliyini qeydə almadılar


İltizam Əkbərli
İltizam Əkbərli

►İmişlinin deputatı olmaq istəyən İltizam Əkbərlinin namizədliyini qeydə almaqdan imtina ediblər.

79 saylı dairənin seçki komissiyası buna səbəb kimi onu göstərib ki, o, əmlakı barədə təqdim etdiyi məlumatda 0,06 hektar torpaq sahəsini gizlədib.

AzadlıqRadiosuna danışan İ. Əkbərli komissiyanın iclasında iştirak etdiyini deyir.

Amma nə qədər israr etsə də iddia olunan 0,06 ha torpaq sahəsi barədə sənədin ona göstərilmədiyini bildirir:

"Nə qədər gülünc olsa da, komissiya üzvlərindən biri bildirdi ki, "bizə bu məlumat məxfi mənbədən daxil olub.""

Qeyd edək ki, İltizam Əkbərlinin namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb.

Onun namizədliyi son parlament seçkilərində də qeydə alınmamışdı.

O, 2005-cu ildə bu dairədən deputat seçılmişdi.

Buna da bax: H.Rəcəbli: "Tibbi sığorta 200-cən xidməti əhatə edəcək"

XS
SM
MD
LG