Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:28

Rusiyadan böyük təhlükə gəlir


Sberbankın baş qərargahı
Sberbankın baş qərargahı

Rusiyadan gələn böyük təhlükə

“Ans press” yazır ki, Rusiya iqtisadçıları ölkədə son 20 il ərzində ən ağır bank böhranı yaxınlaşdığını proqnozlaşdırırlar.

“Bu ölkədə çoxlu azərbaycanlı iş adamı və əmək miqrantının işlədiyi nəzərə alınsa, bu, Moskvadan başlayan bu fırtınanın Azərbaycana da toxunacağı ehtimalını yaradır.

German Gref
German Gref

​Bunu düşününlər arasında German Gref kimi nüfuzlu iqtisadçının da olması vəziyyəti müəyyən qədər dramatikləşdirir. Hazırda Rusiya Mərkəzi Bankının tabeçiliyində olan "Sberbank"a rəhbərlik edən German Gref böyük miqyaslı bank böhranından danışır: "1990-cı illərin sonundan bu yana belə vəziyyət yarandığını xatırlamıram. Son 20 il ərzində ilk dəfədir ki, bu cür mürəkkəb və uzun sürən böhran gəlir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı alim Azər Mehdiyevin portala verdiyi açıqlamaya görə, Rusiyada baş verəcək bank böhranı istənilən halda Azərbaycana da təsir göstərəcək.

Azər Mehtiyev
Azər Mehtiyev

Onun fikrincə, Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamları da cətinə düşə bilərlər: “Böyük ehtimalla, onlar pullarını qorumaq üçün kapitalı xaricə çıxarmağa çalışacaqlar. Həmin pulların Türkiyə, Gürcüstan və Moldovaya getmək ehtimalı daha böyükdür. Hətta Ukraynanın qərbinə də gedə bilərlər. Elə etmək lazımdır ki, həmin pulların bir qismi Azərbaycana gəlsin. Bu bir çox sahələrdə dirçəlişə səbəb ola bilər”.

Azər Mehdiyevin fikrincə, bunun üçün Azərbaycan iqtisadiyyatında rəqabət mühiti yaratmaq lazımdır.

Eldar Mahmudovla Covdarovun general rütbəsi nı vaxt alınacaq ?

Virtualaz.org yazır ki, hazırda A.Çovdarovdan başqa daha bir neçə yüksək rütbəli MTN-çi həbsdədir. “Onların kifayət qədər yüksək hərbi rütbələri diqqət çəkir: aralarında general və polkovniklər də var. Və onlar mətbuatda hələ də rütbələri ilə təqdim olunur. Məsələn, “general Çovdarov” kimi...

Maraqlıdır, həbs olunan və ya vəzifəsindən qovulan MTN generalları bu yüksək rütbələrdən hansı halda məhrum edilə bilər? Bu məsələ qanunlarla necə tənzimlənir?

Adəm Məmmədov
Adəm Məmmədov

​Hüquqşünas Adəm Məmmədov deyir ki, yalnız məhkəmənin təqdimatı əsasında hərbi rütbədən məhrum edilmə mümkündür.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyir ki, hərbi rütbədən məhrumetmə həbs olunan və yaxud vəzifədən

Ərəstün Oruclu
Ərəstün Oruclu

uzaqlaşdırılan şəxsin törətdiyi cinayət məsuliyyətinin ağırlığı və məhkəmənin çıxaracağı hökmdən asılıdır.

Azərbaycan un və taxılı dəyərindən iki dəfə baha alır.

“Bizim yol” qəzeti yazır ki, rəsmi məlumatlara nəzər salanda maraqlı məsələlərdən biri kənd təsərrüfatı məhsullarının ixracının azalması, idxalın isə artmasıdır. “Xüsusilə, idxalda əsas mallar siyahısında artım buğda, meyvə-tərəvəz üstünlük təşkil edir.

Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin on ayında kənd təsərrüfatı məhsullarının istehsalı 6.7 faiz artıb. Xüsusilə, dənli bitkilərin istehsalı az qala 3 milyon tona çatıb. O zaman buğdanın idxaldakı payının yüksəlməsində paradoksal vəziyyət yaranıb”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qəzetə açıqlamasında bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyi bu sektorda olan problemləri gizlətməklə məşğuldur: "Statkom"un göstərdiyi statistika, görünür, yuxarıların göstərişi ilə təqdim olunur. Kənd təsərrüfatı məhsullarının istehsalı azaldıqca, bu istiqamətdə rəqəmləri daha yüksək göstərməyə çalışırlar. Bu il ölkənin alıcılıq qabiliyyəti aşağı düşdüyü halda, idxal artıb. Hələ nəzərə almaq lazımdır ki, idxal rəqəmləri də tam dolğun göstərilmir. Daşınma, nəqliyyat və digər xərclərini də nəzərə alsaq, idxal olunan məhsullar yerli məhsullara nisbətən baha olmalıdır. Belə olan halda, sahibkarlar nəyə görə xaricə üz tutsunlar? İrandan, Rusiyadan, hətta Polşadan kartof gətirsin? Bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehsal ciddi şəkildə azalır".

V.Məhərrəmovun sözlərinə görə, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiymətində kəskin ucuzlaşma gedir: "Məsələn, buğdanın 1 tonu 168 dollara təklif olunur. Azərbaycanın idxal etdiyi buğda isə 250 dollardır, keyfiyyəti də aşağıdır. Keyfiyyətli unun 1 tonunun qiyməti dünya birjalarında 200 dollar olduğu halda, Azərbaycan istehlakçılarına 2 dəfə baha qiymətə təklif olunur".

“YAP”ın yaranması ilə...

“YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil olmaqla Azərbaycanın tarixində yeni dövr başlayıb». Bunu YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar Ibrahimov
Eldar Ibrahimov

Yap.org.az portalı hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi ilə bağlı YAP üzvlərinin fikirlərini dərc edib.

Eldar İbrahimov deyib ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.

XS
SM
MD
LG