Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:43

Səudiyyədə benzin 40 faiz bahalaşdı


Neft nəhəngi Səudiyyə Ərəbistanında büdcə kəsirinin 98 milyard dollara çatması ilə ölkədə benzinin qiyməti az qala yarıbayarı artırılaraq 24 sentə çatıb.

Neft nəhəngi Səudiyyə Ərəbistanında büdcə kəsirinin 98 milyard dollara çatması ilə ölkədə benzinin qiyməti az qala yarıbayarı artırılaraq 24 sentə çatıb.

Səudiyyə büdcəsindəki kəsir rekord həddə - 97,9 milyard dollara çatıb

Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərin qiyməti ənənəvi olaraq büdcə hesabına həmişə aşağı səviyyədə saxlanırdı.

Bu ölkə dünyada neft istehsalına görə liderdir və ekspertlər qiymətlərin belə sürətlə artırılmasını Səudiyyə tarixində “ən böyük islahat” adlandırırlar.

Bundan az əvvəl Səudiyyə ölkə büdcəsindəki kəsirin rekord həddə - 97,9 milyard dollara çatdığı elan etmişdi. Bu, ölkə ÜDM-nın 15 faizinə bərabərdir.

Əksər ekspertlər hesab edirlər ki, Səudiyyə büdcəsində kəsirin yaranması ilk növbədə neft qiymətlərinin aşağı olması ilə əlaqəlidir.

Kral Salmanın ilk büdcəsi

Kral Salman televiziya ilə çıxışında deyib ki, ölkə başqa gəlir mənbələri axtaracaq.

2016-cı ildə büdcə xərclərinin təxminən 10 faiz azaldılacağı gözlənilir.

Kral Salmanın ilk büdcəsi kəsirli oldu
Kral Salmanın ilk büdcəsi kəsirli oldu

Kral Salmanın ilk büdcəsi başqa bir fakta görə də uğurlu olmayıb. Ölkə bu il neftdən 162 milyard dollar gəlir götürüb, bu isə gözlənildiyindən 15 faiz azdır.

Əksinə, ölkənin xərcləri gözlənildiyindən 13 faiz çox olub. Məhz bu boşluqları doldurmaq üçün Maliyyə Nazirliyi yanacağa verilən dotasiyaları dayandırıb.

Hakimiyyət təsəlli verərək bildirir ki, benzinin qiyməti hətta yarıbayarı artırılsa da, dünya miqyasında bu qiymət xeyli aşağıdır.

Xəbər verilir ki, dizel yanacağının, elektrikin, suyun qiyməti də qaldırılır.

2012-ci ildə bir barrelinin qiyməti 125 dollar olan neftin hazırkı qiyməti az qala 36 dollardır.

Səudiiyyə bildirib ki, ölkə gəlirlərinin 77 faizini gətirən neft, ötən illə müqayisə bu il 23 faiz az pul qazandırıb.

Ölüm-dirim yarışı

Səudiyyə Ərəbistanı neft istehsal edən ölkələrin OPEC kartelində ən zəngin ölkədir. Ekspertlər deyirlər ki, Səudiyyə ABŞ neftini “öldürüb sıradan çıxarmaq” üçün neft qiymətlərini aşağı həddə saxlamağa çalışır və hasilatı azaltmamaqla kartelin digər üzvlərinin israrlı xahişlərinə məhəl qoymur.

Səudiyyə bu qənaətdədir ki, aşağı neft qiymətlərinə ABŞ istehsalçılarından daha uzun müddətdə tab gətirə bilər.

Bununla belə, heç də hər şey Səudiyyənin planı ilə getmir.

Məsələn, ən son xəbərlərə görə artıq Brent markasından olan neftlə ABŞ nefti arasında qiymət fərqi faktiki olaraq mövcud deyil.

Üstəlik Səudiyyənin bir sıra hərbi və təhlükəszilik layihələri üzrə xərcləri də bu il artıb.

Səudiyyə bu layihələrə, Yəmən şiələrinə qarşı kampaniya da daxil olmaqla, 5 milyard dollar xərcləyib.

XS
SM
MD
LG