Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Keçmiş prezident Sarkisiana cinayət işi açıldı


Serzh Sarkisian
Serzh Sarkisian

Ermənistanın üçüncü prezidenti Serzh Sarkisiana qarşı bir milyon dollardan çox vəsaiti mənimsəmə üzrə cinayət ittihamı irəli sürülüb.

Bu barədə məlumatı ölkənin İstintaq Xidmətinə istinadən Kavkazski Uzel saytı verib.

Cinayət işinin materiallarında deyilir ki, Sarkisian 2013-cü ilin 25 yanvarından həmin ilin fevralınadək bir qrup vəzifəli şəxslə birlikdə 490 milyon dramlıq (1 milyon dollar) vəsaitin xərclənməsini, mənimsənməsini və oğurlanmasını təşkil edib.

İstintaq Xidməti bildirir ki, Serzh Sarkisyana ölkəni tərk etməməsi barədə yazılı iltizam qətimkan tədbiri tətbiq edilib.

Ermənistan mediasının xəbərlərinə görə ilkin istintaqın sübutları əsasında Serzh Sarkisiana Ermənistan CM-nin 38-179 maddəsinin üçüncü hissəsi ilə cinayət işi açılıb.

Serzh Sarkisian bu xəbərə hələki heç bir reaksiya verməyib.

Hazırda Ermənsitanda ikinci prezident Robert Kocharian-ın cinayət işi üzrə məhkəmə araşdırması aparılır.

O 2018-ci ilin iyulundan həbsdədir.

Ona qarşı 2008-ci ilin 1 mart hadisəsi zamanı ölkənin konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb.

Kocharian təqsirsiz olduğunu bildirir.

O deyir ki, ona qarşı cinayət təqibi Ermənistanda Nikol Pashinian-ın hakimiyyətə gəlməsindən sonra başlanıb və siyasi motivlidir.

XS
SM
MD
LG