Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Bişkek Rusiyaya sanksiyalı mal göndərilməyəcəyinə qarantiya vermir


Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldıyev
Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldıyev

Avropa İttifaqının sanksiyaların icrası üzrə xüsusi səfiri Deyvid O'Sallivan Qırğızıstanı və Moskvanın siyasi və iqtisadi nüfuzu dairəsində olan başqa ölkələri Rusiyaya onun üzərinə Ukraynaya qarşı hərbi təcavüzünə görə qoyulmuş sanksiyalardan yayınmaqda kömək etməməyə çağırıb.

Martın 28-də Qırğızıstanın paytaxtı Bişkekdə jurnalistlərlə söhbətində o Mərkəzi Asiya respublikalarının, habelə Ermənistan, Gürcüstan, Serbiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) idxal etdikləri malların son ünvanı barədə şübhələrini bildirib.

Son məlumatlar göstərir ki, sözü gedən ərazilərə Avropa İttifaqından gələn mallar 300 faiz artıb. Bu, həmin malların sonradan Rusiyaya təkrar ixracı barədə şübhələr yaradıb.

O'Sallivan deyib:

"Əvvəllər Avropadan Rusiyaya ixrac edilən malların göndərilməsi sanksiyalardan sonra dayanıb, amma bu malların daşınması artıb”.

O'Sallivan deyib ki, başqa ölkələrə göndərilmiş 770 məhsul sonradan Rusiyanın Ukraynada istifadə etdiyi silah və avadanlıqda aşkar olunub.

Aİİ - Rusiyanın sanksiyalardan yayınma aləti

Səfir vurğulayıb ki, bu hal bir çox malların Rusiyaya təkrar ixrac olunduğunu və sanksiyaların pozulduğunu göstərir.

O ümid etdiyini bildirib ki, Qırğızıstan rəhbərliyi ilə bu ölkədən ixrac edilən malların Rusiyaya göndərilməsinin qarşısını almaq məqsədilə danışıqlar aparacaq.

Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldıyev deyib ki, ölkənin başqa ölkələrlə ticarəti bütün qayda və təlimatlarla həyata keçirilir, amma Bişkek sanksiyalı malların Rusiyaya ixrac olunmamasına qarantiya verə bilməz.

Qırğızıstan Rusiyanın ən fəal ticarət partnyoru və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Bu təşkilata Qırğızıstandan başqa Belarus, Ermənistan və Qazaxıstan da daxildir.

Aİİ əslində Rusiya tərəfindən Avropa İttifaqına alternativ kimi yaradılıb, amma ekspertlərin fikrincə Moskva bu qurumun vasitəsilə üzv ölkələrə iqtisadi təzyiq göstərir.

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Qazaxıstanın da başqa yolu yoxdur

Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Aİ və ABŞ, habelə bir sıra başqa Qərb ölkələri Moskva üzərinə və onunla bağlı minlərlə vahid və fərd üzərinə sanksiyalar qoyub.

Birləşmiş Ştatların Ticarət Nazirliyi Rusiyaya və onun müttəfiqi Belarusa ixrac üzərinə qadağan nəzarəti tətbiq edib.

Birləşmiş Ştatlar bundan əvvəl bildirmişdi ki, Rusiya sanksiyalardan yayınmaq üçün Çindəki, Ermənistandakı, Özbəkistan və BƏƏ-dəki araçı şirkətlərdən istifadə edir.

Ötən ilin aprelində Qazaxıstan prezidenti administrasiyasının rəhbər müavini demişdi ki, Astana Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etməyəcək.

Lakin o əlavə etmişdi ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə iqtisadi bağlarını davam etdirəcək.

Rəsmi qeyd etmişdi ki, Rusiyanın Mərkəzi Asiyadakı ən böyük ticarət partnyoru olan Qazaxıstanın iqtisadiyyatı üçün “bundan başqa yol yoxdur”.

XS
SM
MD
LG