Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir


Olga Maltseva öz körpəsi ilə
Olga Maltseva öz körpəsi ilə

“Troll fabriki”ndən qaçış

Rusdilli internetdə tez-tez rastımıza çıxan minlərlə kremlyönlü pullu post və şərhlərin, onları yazan çoxsaylı trolların arxasında “İnternet-issledovaniya” şirkəti dayanırmış

Olga Maltseva iki il əvvəl Peterburqda yerləşən “troll fabriki” işə düzəlibmiş. O, ötən ilin payızında hamilə olduğunu öyrənincə, müdiriyyətə analıq məzuniyyətinə çıxmaq istədiyini bildirib. Ancaq məzuniyyət vermədikləri bir yana, ona hədə-qorxu da gəliblər. İndi Olga o vaxt çalışdığı "İnternet-issledovaniya" ("İnternet-tədqiqatlar") şirkətini məhkəməyə verərək, işə baxılmasını gözləyir.

Rusdilli internetdə tez-tez rastımıza çıxan minlərlə kremlyönlü pullu post və şərhlərin, onları yazan çoxsaylı trolların arxasında elə bu şirkət dayanır.

Olga Maltseva iki il əvvəl Peterburqda yerləşən “troll fabriki” işə düzəlibmiş.

Muzdlu hökumətyönlü bloqqer və şərhçilərin arxasında məhz həmin şirkətin durduğu bir il əvvəl məlum olub. Bu məlumatı şirkətin başqa bir əməkdaşı - Lyudmila Savchuk ictimaiyyətə açıqlayıb. Savchuk-la Maltseva-nın başına gələnlər arasında əsas fərq odur ki, Savchuk “trollar fabriki”ni ifşa etmək, onun barəsində həqiqəti dünyaya danışmaq üçün bilərəkdən onun içinə girdiyini iddia edir. Maltseva isə Savushkin küçəsində yerləşən bu şirkətə işləməyə gəlib (“troll” deyərkən, kimliyini bildirməyən, qalmaqallı, qızışdırıcı məqalə və şərh yazan, hansı şəxs və ya siyasi qüvvəyə yarınan internet istifadəçisi nəzərdə tutulur – red.).

Buna da bax:​ «Facebook» trolların hökmü altında qalıb

Ancaq o, sonradan bu şirkətdən, sözün həqiqi mənasında, qaçmağa məcbur qalıb. Maltseva AzadlıqRadiosuna "İnternet-issledovaniya" MMC-dəki işindən, burada məruz qaldığı hədələrdən danışıb.

Hər gün 12 bloq yazılırmış

“troll” deyərkən, kimliyini bildirməyən, qalmaqallı, qızışdırıcı məqalə və şərh yazan, hansı şəxs və ya siyasi qüvvəyə yarınan internet istifadəçisi nəzərdə tutulur.

O, şirkətin bloqlar şöbəsində çalışdığını deyir. Olga-nın sözlərinə görə, həmkarlarıyla birgə hər gün siyasi mövzularda 12-yədək bloq yazısı hazırlayırmış. Siyasi və sosial mövzulardakı şərhlər də onların vəzifələrinə daxil imiş:

"Bu, informasiyanın KİV-də lazım olan rakursda verilməsi, ölkədə və Ukraynada siyasi duruma dair bəlli baxışın yayılması idi".

Onun sözlərinə görə, şirkətin bütün şöbələri istər Ukrayna, istər Rusiya, istərsə Suriya mövzusunda iş görürlər. Hansı mövzu daha aktual olursa, həmin mövzuda daha çox paylaşım edilir.

Maltseva danışır ki, keçmiş əməkdaş Lyudmila Savchuk-un qurum barədə ictimaiyyətə məlumatından sonra nəzarət artıb və iş şəraiti sərtləşdirilib. "İş o yerə çatmışdı ki, bütün mərtəbələri bağlamışdılar. Məsələn, 3-cü mərtəbədə işləyirsənsə, başqa mərtəbəyə heç cür girə bilməzsən. Bütün sosial şəbəkələr, paylaşdığınız məlumatlar, yazışmalarınız və bəlkə telefon danışıqlarınız da izlənilirdi. Mən əmin deyiləm, mənə deyirdilər ki, belədir".

“Fontanka.ru” qalmaqalı

Araşdırmaçılar bu hücumları "Putinin aşpazı" kimi tanınan Yevgeniy Prigozhin-in adına bağlayırlar. "Troll fabriki”ni də məhz o maliyyələşdirir.

Olga Maltseva işlətdiyi kompüterin IP-sinin fotosunu çəkib saxlayıb. Məlum olub ki, whoiswhos.me saytına dəyişikliklər məhz 109.167.231.85 IP-sindən edilib. Bu saytda haqqında məlumat yerləşdirilmiş müxalifətçilər sonradan döyülür, maşınları yandırılırdı. "Fontanka.ru" internet qəzetinin yazdığına görə, həmin saytda hakimiyyətə qarşı tənqidi fikirlər yazan blogerlər barədə məlumat yerləşdirilirdi. Məlumat bazası geniş imiş. Bəzilərinin hətta pasportu da “skan”lanır və ya VÖEN nömrəsi dərc edilirdi. Baş verən qalmaqaldan sonra sayt işini dayandırıb.

Maltseva bu məsələdən xəbərsiz olduğunu söyləyir. O, öz IP-sinin şəklini də məhkəmədə sübut kimi yararlanmaq üçün çəkib. Ancaq onun verdiyi bu məlumat jurnalistlərin işinə yarayıb: onlar "troll fabriki" ilə müxalifətçilərə qarşı hücumlar arasında əlaqəni üzə çıxarıblar.

Buna da bax: Troll-bloqqer: «12 saata 135 şərh yazırdıq»

Araşdırmaçılar bu hücumları "Putinin aşpazı" kimi tanınan Yevgeniy Prigozhin-in adına bağlayırlar. "Troll fabriki”ni də məhz o maliyyələşdirir.

«Başa düşdüm ki, qaçmaq lazımdır. Qaça-qaça 3-cü mərtəbədən birinci mərtəbəyə endim. Onlar "o qızı tutun!", - deyə bağırırdılar...»

Maltseva müdiriyyətə hamilə olduğunu və analıq məzuniyyətinə çıxmaq istədiyini deyəndə ona bildirilib ki, şirkətdə işə düzəlməyə növbə var və onlar heç bir şey ödəmirlər. Olga-ya işdən çıxmağı məsləhət görüblər. O bundan imtina edib və bildirib ki, maaşını almasa, işdən çıxmayacaq:

“Mənə zəng vurub dedilər ki...”

"Sonra mənə maaş günü ərəfəsində zəng vurub dedilər ki, maaş verilir. Mən də ərimlə getdim - hamiləliyin 30-cu həftəsində tək getməyə qorxdum. Bu insanların nəyə qadir olduğunu haradan biləydim ki?!. Orada məni hansısa sənədləri imzalamağa dəvət etdilər. Bir başqa durum olduğunu anladım. Dedilər ki, işdən çıxmaq haqqında sənəddir. Dedim ki, mən əvvəl maaşımı almalıyam, sonra sənədi imzalayaram. Pulu götürüb gedərkən, ardımca qaçdılar. Başa düşdüm ki, qaçmaq lazımdır. Qaça-qaça 3-cü mərtəbədən birinci mərtəbəyə endim. Onlar "o qızı tutun!", - deyə bağırırdılar. '"Bir oğlan məni tutmağa çalışsa da, onu itələyib qaçdım. Birinci mərtəbədə mühafizəçilər də toplaşmışdı. Bilmirəm onlar mənə nə eləmək istəyirdilər, amma qışqıra-qışqıra "pulu verin!"', - deyirdilər.

Beləcə, Maltseva heç bir sənədi imzalamadan binanı tərk etməyi bacarıb.

Şirkət öz işçilərini yalan detektorundan da keçirirmiş. Olga Maltseva hamilələrə bu prosedurun təhlükəli olduğunu deməklə canını qurtara bilibmiş.

Şirkət öz işçilərini yalan detektorundan da keçirirmiş.

Onun sözlərinə görə, şirkətin bütün işçiləri bu detektordan keçirilir: "Bildiyim qədər, məndən sonra hamını poliqrafdan (yalan detektorundan) keçiriblər. Mənə dedilər ki, hətta bəzi adamları işdən çıxarıblar. İşdə ünsiyyətdə olduğum adamlara mənimlə əlaqə saxlamağı qadağan ediblər. O vaxtdan bəri mənə heç kim yazmayıb, mən yazanda da cavab verməyiblər. Özləri bilərlər".

Buna da bax: Trolleybus, troll və trollayan media

Olga məhkəmədən çağırış gözləyir

Olga Maltsevanın əri onun keçmiş müdiri Oleg Vasilyev-lə telefon söhbətini yazıb. Vasilyev ona susmaq müqabilində pul təklif edərək belə deyib: "İndi bir yığın jurnalist sizdən əl çəkməyəcək, bu barədə ağızlarına gələni yazacaqlar. Gəlin xoşluqla razılaşaq".

Hazırda Olga Maltseva məhkəmədən çağırış gözləyir.

Hazırda Olga Maltseva məhkəmədən çağırış gözləyir. Onu tanınmış vəkil İvan Pavlov-un rəhbərlik etdiyi "Komanda 29" təşkilatı dəstəkləyir. "İnternet-issledovaniya" MMC daha öncə bir dəfə məhkəməni uduzub. O prosesdə ittihamçı keçmiş əməkdaş Lyudmila Savchuk idi. Savchuk şirkətdən simvolik məbləğ - 1 rubl tələb edib və onu alıb. Maltseva isə 300 min rubldan (təxminən 4 min 662 dollar) çox təzminat tələb edir. Bura əmək münasibətlərinin rəsmiləşdirilməsi, hamiləlik və analıq müavinətinin ödənilməsi, uşaq yaşyarıma çatanadək ona qulluqla bağlı ödənişlər daxildir. Olga mənəvi zərərə görə də 50 min rubl (777 dollar) təzminat tələb edir.

XS
SM
MD
LG