Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Rusların məcburi vaksinasiyası və Putinin reytinqi


Moskva, arxiv fotosu
Moskva, arxiv fotosu

Rusiyada əhalinin 35%-nin tam peyvənd olunduğu bildirilir

Rusiyalılar hakimiyyətə inanmadıqları üçün COVID-19-a qarşı peyvənd vurdurmaq istəmirlər. Bunu Prezident Administrasiyasının sifarişilə keçirilən sorğular üzə çıxarıb. “Meduza” portalı yazır ki, Kreml əhalinin vaksinasiya proqramına yenidən təkan vermək istəyir, amma bunu Prezident Vladimir Putinin reytinqinə zərbə vurmayacaq tərzdə etməyə çalışır.

Rusiyada əhalinin 35%-nin tam peyvənd olunduğu bildirilir.

20-30 faiz

Mənbələrin “Meduza”ya dediyinə görə, Kreml vaksinasiya mövzusunun prezidentin reytinqinə mənfi təsir göstərdiyini düşünür. Federal mühafizə xidmətinin keçirdiyi qapalı sorğular bəzi regionlarda Putinə etimadın 20-30 faizə düşdüyünü üzə çıxarıb. Prezidentin reytinqi sonuncu dəfə pensiya yaşı qaldırılanda düşmüşdü.

Prezident administrasiyasına yaxın anonim mənbə “Meduza”ya deyib ki, Kreml vaksinasiyaya görə məsuliyyəti region rəhbərlərinin üzərinə qoymağa çalışır, onlardan fərqli təkliflər istənilir. Məsələn, spirtli içkilərin peyvənd vurduranlara satılması kimi.

Mənbə danışıb ki, respondentlərin çoxu hakimiyyətin özünün istehsal etdiyi vaksinlərin sadə əhaliyə çatmadığını düşünürlər. Prezident administrasiyasına yaxın mənbənin dediyinə görə, vaksinasiyaya qarşı propaqanda internetdə trendə çevrilib və hakimiyyətin vaksin təbliğatı yönündə cəhdlərini kölgədə qoyub.

Fəndlər

Kreml isə vəziyyətin həllini peyvənd olunmayanların həyatını çətinləşdirməkdə, vaksin sertifikatının gündəlik həyatı asanlaşdırması ideyasının təbliğində görür.

Strategiya müəllifləri əmindirlər ki, əhalinin böyük hissəsi vaksinasiyaya qarşı qəti mövqedə deyillər, tərəddüd edirlər, onların fikrini yumşaq güclə dəyişmək olar.

Rusiyada koronavirusa ümumi yoluxma sayı 9 milyonu keçib. 259 mindən çox xəstə vəfat edib.

Müstəqil demoqraflar rəsmi rəqəmləri üç dəfə artırmağı məsləhət görürlər. Bu halda ölü sayı 777 mini keçir.

Rusiya hakimiyyəti “Meduza”nə xarici agent siyahısına salıb. Redaksiya bu qərarla razı deyil, onu məhkəmədə mübahisələndirir.

XS
SM
MD
LG