Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:24

"Biz Rusiyanın kürd hərəkatına dəstəyini görə bilərik"


Kürd yaraqlısı
Kürd yaraqlısı

►"Opponentinin ən pis düşmənini dəstəkləmək Rusiyanın klassik texnikasıdır”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya sərhədi yaxınlığında Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulmasından sonra deyib ki, Rusiya ilə gərginliyin eskalasiya olunmasını istəmir.

AzadlıqRadiosu baş vermis hadisənin əhəmiyyətini aydınlaşdırmaq üçün ekspertlərlə söhbət edib.

Harvard Universitetinin Rusiya və Avrasiya Elmləri üzrə Davis Mərkəzindən Dmitry Gorenburg deyir ki, bu hadisə Rusiya sərnişin təyyarəsinin Misir üzərində vurulması və Parisdəki hücumlardan sonraya, İŞİD-ə qarşı koalisiyanın yaradılması barədə söhbətlərin getdiyi vaxta təsadüf edir. “Bütün bu ölkələr birlikdə işləməli idilər. Ancaq indi aydın olur ki, ölkələrin fərqli maraqları bu işi çətinləşdirir,” deyə ekspert qeyd edib.

Londonun Kral Kollecinin mühazirəçisi Alexander Clarksonsa deyir ki, Türkiyə Rusiyanın Suriyaya müdaxiləsini əvvəldən bəyənmirdi:

“Türkiyə Rusiyanı dəfələrlə xəbərdar edib ki, öz hava məkanına müdaxilələrə dözməyəcək. Bir məqamda isə Erdoğan …düşündü ki, “Biz öz maraqlarımızı qorumaq məsələsində ciddi olduğumuz barədə mesaj göndərməliyik."”

Nyu York Universitetinin Qlobal Məsələlər Mərkəzinin professoru Mark Galeotti belə deyir:

“Hər şeydən əvvəl biz III Dünya Müharibəsinə doğru getmirik. Putinin çıxışı təkcə onun narazılığını ifadə etmirdi, o əməlli-başlı dilxor idi..."

Buna da bax: Bəxtiyar Sadıqov: “Azərbaycanlıq bir iş yoxdur”

Vurulan Su-24
Vurulan Su-24

Vaşinqtonda çalışan ekspert Kyle Frese-in yanaşması da maraqlıdır. O, Ukrayna böhranı zamanı Rusiya ilə Türkiyənin xeyli yaxınlaşdığına diqqət çəkir. Belə ki, bu dövrdə Türkiyə Rusiya qazının daha böyük alıcısına çevrildi. Bu isə Rusiyanın sanksiyalara görə Avropa Birliyi ölkələrinə sata bilmədiyi qazın xeyli hissəsinin satılması demək idi. O deyir ki, Rusiya Türkiyənin təbii qazının 60%-ni verir.

“Onlar bu münasibətləri bitirəcəklərimi? Güman ki, yox. Xüsusən də Gazpromun Avropadakı itkilərindən təzə-təzə özünə gəldiyini nəzərə alsaq.”

Ekspert indiyə qədər iki ölkə arasında buna bənzər insidentlərdən yan keçmək üçün hava məkanı barədə razılaşmanın olmamasından təəccübləndiyini də bildirib.

Buna da bax: Prokurorluq MTN işi ilə bağlı açıqlama verdi

Təhlilçi Alex Kokcharovsa deyir ki Suriya münaqişəsi ilə bağlı problem ondan ibarətdir ki, o əvvəlcə proksi münaqişə kimi başlanmışdı və bu zaman əsl sponsorlar münaqişə zonasından uzaq idilər. Döyüşləri yerli proksilər aparırdı. İndi isə münaqişədə iştirak edən əsl sponsorlar arasında məsafə sürətlə azalmaqdadır.

Putin və Erdogan, 1 dekabr, 2014
Putin və Erdogan, 1 dekabr, 2014

Putinin reaksiyasının necə olacağına gəldikdə isə ekspertlərin bu barədə fikirləri fərqlidir. Alexander Clarkson düşünür ki, Rusiya yaxşı bir şou düzəltməyə nail olsa da, onun Suriyada real kampaniya aparmaq üçün texniki bacarıqları, əlaqələri və gücü yoxdur.

Michael Kofman diqqəti insan amilinə çəkir. O, Vladimir Putinin qisasçı, Tayyip Erdoğanınsa ondan da betər olduğunu və heç birinin soyuq başla hərəkət etmədiyini deyir. Onun fikrincə, əgər bu onların bir-birindən əvəz çıxması ilə nəticələnsə vəziyyət nəzarətdən çıxa bilər.

Mark Galeotti isə düşünür ki, əgər türklər üzr istəməsələr, onda Türkiyə ilə Rusiya arasında mübarizənin hər hansı formada eskalasiyası baş verə bilər.

“Biz Rusiyanın ekstremist kürd hərəkatlarına dəstəyini görə bilərik. Opponentinin ən pis düşmənini dəstəkləmək Rusiyanın klassik texnikasıdır.”

Buna da bax: Bəylərin bığ bağı necə olurmuş?- [Fotolar]

Vaşinqton İnstitutundan Anna Borshchevskaya tərəflərdən hər hansı birinin hərbi qarşıdurma istədiyini düşünmür. Onun fikrincə, Putin, sadəcə olaraq, vəziyyətdən özünün ölkə daxilindəki imicini dəstəkləmək üçün istifadə edəcək.

Wilson Mərkəzində çalışan rusiyalı hərbi ekspert Michael Kofman diqqəti insan amilinə çəkir. O, Vladimir Putinin qisasçı, Tayyip Erdoğanınsa ondan da betər olduğunu və heç birinin soyuq başla hərəkət etmədiyini deyir. Onun fikrincə, əgər bu onların bir-birindən əvəz çıxması ilə nəticələnsə vəziyyət nəzarətdən çıxa bilər.

Royal United Services Institutundan Michael Stephens deyir:

“Hər iki tərəf bir-birinin Suriyadakı siyasətinə işarə edərək digər qarşı tərəfin terrorçuları dəstəklədiyini deyir… Ancaq tərəflərdən heç biri İŞİD-i Suriyada bir nömrəli təhlükə saymır…”

XS
SM
MD
LG