Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Rusiyanın iki neft emalı zavoduna dron zərbələri endirilib


İlski neftayırma zavodu
İlski neftayırma zavodu

Moskva xəbər verir ki, Ukrayna artilleriyası Rusiyanın içərilərində olan şəhərə bu həftə üç dəfə zərbələr endirib.

Məlumatda deyilir ki, mayın 31-də Rusiyada iki neftayırma zavoduna dron zərbələri endirilib, Rusiyanın işğalı altında olan şərqi Ukrayna ərazisində artilleriya zərbələri nəticəsində 5 nəfər həlak olub.

Reuters agentliyi yazır ki, Ukrayna tərəfi hələ ki, Rusiyanın bu məlumatlarını şərh etməyib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekino qəsəbəsində 4 nəfər yaralanıb, artilleriya zərbələri nəticəsində yaşayış binasına, dörd evə və məktəbə ziyan dəyib.

İki gün əvvəl Qladkov bildirmişdi ki, qəsəbədəki iki sənaye qurğusuna zərbə endirilib.

Reuters yazır ki, hər iki tərəf bir-birinin qoşun cəmləşdirmələrinə zərbə endirdiyini iddia edir.

Ukraynanın Luhansk regionunda Moskvanın təyin etdiyi rəsmilər bildiriblər ki, Ukrayna Karpatı kəndinə ABŞ istehsalı HIMARS raketləri ilə zərbələr endirib.

Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirir ki, ölkənin şərqində Rusiya qoşunlarının 22 hücumu dəf edilib və Ukrayna hərbi təyyarələri Rusiya ordusunun canlı qüvvələrinə və hərbi texnikasına 11 hava zərbəsi endirib.

Rusiya hesab edir ki, Moskvaya dron hücumlarının arxasında Ukrayna durur
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Rusiyanın ən böyük neft ixracı terminalı

Reuters xəbər verir ki, Rusiyanın cənubundakı Novorossiysk neft ixracı terminalının 65-80 kilometrliyində iki neft emalı zavoduna dronlarla hücum edilib.

Afipski neft emalı zavodunda baş vermiş yanğın söndürülsə də, İlski neft emalı zavoduna da dron zərbəsi endirilib.

Novorossiysk Rusiyanın ən böyük neft ixracı terminalıdır. Afipski neftayrıma zavodu ildə 6 milyon ton və ya 44 milyon barrel neft emalı gücünə malikdir.

Novorossiysk terminalı Xəzər Kəmər Konsorsiumu (XKK) ilə birlikdə qlobal neft bazarının 1.5 faizini verir.

Ötən il XKK əsasən Qazaxıstandan gələn 58.7 milyon ton neft nəql edib.

Ukrayna tərəfi dron zərbələri ilə hər hansı əlaqəsini inkar edir.

Reuters xəbər verir ki, mayın 31-də Ukrayna səmalarında nisbi sakitlikdir.

XS
SM
MD
LG