Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Rusiya sünni dünyası ilə üzbəüz qala bilər


Rusiyanın Suriyada apardığı hava zərbələri kampaniyası onun əksər sünni müsəlman ölkələri ilə münasibətləri üçün təhlükə yaradır

.

AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, Rusiyanın Suriyada apardığı hava zərbələri kampaniyası onun əksər sünni müsəlman ölkələri ilə münasibətləri üçün təhlükə yaradır.

Məqalədə bildirilir ki, bu ölkələrin əksəriyyəti Rusiyanın Suriya müxalifətini hədəfləməsi barədə xəbərlərdən qəzəblidir.

Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və İordaniya artıq Moskvanı sentyabrın 30-da başlamış Suriya kampaniyasını dayandırmağa çağırıb.

Əksər ərəb ölkələri Assad-ın getməsini istəyir
Əksər ərəb ölkələri Assad-ın getməsini istəyir

Onlar bildirirlər ki, Rusiya verdiyi vədlərə rəğmən İslam Dövləti adlanan təşkilatı deyil, prezident Assad-a qarşı çıxan müxalifəti hədəfləyir.

Təhlilçilər vurğulayırlar ki, ərəb dünyasının əksər liderləri Suriya prezidenti Bashar al-Assad-ın hakimiyyətdən getməsini istəyirlər.

Beyrutdakı Amerika Universitetinin hazırda Yaponiyanın Hokkaydo Universitetində dərs deyən professoru Paul du Quenoy deyir ki, “Rusiya hədəflərinin əksəriyyəti olan Azad Suriya Ordusu və başqa müxalif qruplaşmalar sünni müsəlmanlardan ibarətdir”.

İndiyədək Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, habelə Türkiyə şiə ələvi köklərinə malik Assad rejiminə qarşı döyüşən sünni islamçı qruplaşmalara milyonlarla dollar vəsait xərcləyib.

Ərəb ictimai rəyi

Ərəb ictimai fikri də Rusiya kampaniyasına düşmən mövqedədir. Oktyabrın 5-də Səudiyyənin onlarca ruhani xadimi ərəb və müsəlman ölkələrini Suriya hökumətinə, onun müttəfiqləri olan Rusiya və rəsmən şiə dövlləti sayılan İrana qarşı müqəddəs müharibəyə “mümkün olan mənəvi, maddi, siyasi və hərbi dəstəyi” verməyə çağırıblar.

Analitiklər bildirilər ki, Moskvanın mövqeyi Yaxın Şərqdə uzun müddətdir ki, yeni bağlar qurmağa çalışan Rusiyaya böyük diplomatik və iqtidsadi ziyan vura bilər.

Onlar vurğulayırlar ki, Moskva bu zəngin ölkələrin Rusiyaya investisiyalar yatırmasını istəyir.

Quenoy deyir ki, hazırkı Suriya kampaniyası Rusiyanın bu arzularını alt-üst edə bilər.

Bundan başqa Rusiya sünni ərəb dünyasına, xüsusilə də Misir, İordaniya və Türkiyəyə nüvə texnologiyaları ixrac etməklə böyük gəlirlər götürməyi planlaşdırır.

Misirin fərqli mövqeyi

Bunlardan indiyədək yalnız Misir Moskvanın Suriya kampaniyasını rəsmən pisləməyib.

Qahirə ruslarla əməkdaşlığa Assad-ın istefaya getməsindən daha çox önəm verir

Əksinə, Misirin xarici işlər naziri Sameh Shukri oktyabrın 4-də bəyan edib ki, Qahirə Rusiyanın Suriyaya müdaxiləsinin terrora qarşı mübarizəyə və onun kökünün kəsilməsinə töhfə verəcəyinə inanır.

Vaşinqtonda mənzillənmiş Demokratiyaların Müdafiəsi Fondunun (Foundation for the Defense of Democracies ) regional analitiki Boris Zilberman deyib ki, görünür Qahirə ruslarla əməkdaşlığa Assad-ın istefaya getməsindən daha çox önəm verir.

Təhliçinin fikrincə, Qahirənin belə mövqe tutmasına Misirin Rusiya ilə bu yaxınlarda iqtisadi əlaqələr, silah ticarəti və nüvə energetikası sahəsində Rusiya ilə imzaladığı sövdələşmələr səbəb olub.

2013-cü ildə prezident Morsi devriləndən sonra Misir və ABŞ-ın soyuyan münasibətlərindən Rusiya faydalana bilib.

Türkiyə və "pis hava şəraiti"

Məqalədə qeyd olunur ki, Rusiyanın Suriya reydlərindən qəzəbli olan təkcə ərəb ölkələri deyil. Moskvanın hərəkətlərini kəskin tənqid edənlərin sırasında Türkiyə də var.

Bu yaxınlarda ABŞ koalisiyası ilə birlikdə Suriya və İraqda öz bombardman reydlərinə başlayan Türkiyə hava məkanının Rusiya qırıcıları tərəfindən pozulmasına görə hiddətlidir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, Ankara öz sərhədlərinin pozulmasına dözə bilməz. O Rusiyaya xəbərdarlıq edib ki, Moskva Türkiyə kimi dostu itirərsə, çox şeylərdə uduzacaq.

Rusiya sərhədin təsadüfən və “pis hava şəraiti”nə görə pozulduğunu bildirmişdi.

Rusiya Türkiyəyə “sən qarışma” müsajı verib

Bununla belə, bir sıra Qərb təhlilçiləri Rusiya qırıcılarının Türkiyə sərhədini pozmasını təsadüf hesab etmirlər. Vaşinqtonda yerləşən Atlantika Şurasından Aaron Stein bildirir ki, sərhədin pozulması ilə Moskva Ankaraya onun Suriya işlərinə qarışmaması üçün xəbərdarlıq mesajı verib.

Sərhədin pozulması ilə Moskva Ankaraya onun Suriya işlərinə qarışmaması üçün xəbərdarlıq mesajı verib

Təhlilçi bunu da əlavə edir ki, Suriya rəhbərliyinin kömək üçün İrana və Rusiyaya üz tutmasına səbəblərdən biri də elə Türkiyənin Assad-a müxalif qüvvələri silahla dəstəkləməsi olub.

Stein deyir ki, Suriya münaqişəsi Vladimir Putin-lə Erdoğan arasında şəxsi münasibətlərin olmasına baxmayaraq, gələcəkdə Rusiya-Türkiyə əməkdaşlığını mümkünsüz edə bilər.

Hərçənd Rusiya oktyabrın 7-də bəyan edib ki, son hava insidentinin Ankara və Moskva arasında iqtisadi-ticari bağların qırılmasına səbəb olacağını düşünmür.

Rusiya Avropaya qaz ixracı üçün Türkiyə tranzitinə uzun müddətdir ki, alternativ kimi baxır.

XS
SM
MD
LG