Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Rusiya əsgərlərinin 14 yaşlı qızı zorladığı deyilir


Buça faciəsi qurbanlarının eksqumasiyası
Buça faciəsi qurbanlarının eksqumasiyası

“Bütün vaxtı silahı gicgahıma, üzümə dirəyirdi. İki dəfə tavana atəş açdı, dedi ki, bununla məndə daha çox həvəs oyatmaq istəyir”

Rusiya qüvvələri Kiyev ətrafından və Ukraynanın digər yerlərindən çəkildikcə rus əsgərlərinin zorlamalar törətməsi haqda saysız iddialar ortaya çıxıb. Ukraynada prokurorlar bu iddiaları araşdırırlar.

Psixoloq Vasilisa Levçenko iddia olunan bir qurbanın əhvalatını danışır. Rus əsgərləri şəhərə girib qızını zorlamaqla təhdid edəndə qadın onlara özünü təklif edib və “onlardan biri razılaşıb”.

“Elə edəcəyik ki...”

Rusiya qüvvələri paytaxt Kiyev ətrafından çəkildikcə Ukrayna rəsmiləri, yardım işçiləri, insan haqları fəalları onlarla belə halı sənədləşdiriblər.

“Neçə qurbanın olduğunu saymaq mümkün deyil. Çünki xeyli sayda adam qəddarlıqla öldürülüb... Qadınlarımız, uşaqlar, onların valideynləri onlara qarşı törədilmiş zorakılıqları bizə danışırlar”, – Ukraynanın insan haqları ombudsmanı Lyudmila Denisova AzadlıqRadiosu-nun Ukrayna xidmətinə deyib.

Denisovanın sözlərinə görə, əsgərlər bəzi hallarda qurbanlara deyiblər ki, “elə edəcəyik ki, bir daha heç vaxt kişiylə olmaq istəməyəcəksən, daha heç vaxt uşağın olmayacaq”.

Baş prokuror İrina Venediktova ilkin informasiyaya əsasən, xeyli sayda zorlama halının baş verdiyini söyləyib. “Ərazi azad edilən kimi bütün hallar araşdırılacaq”, – o vurğulayıb.

Sinifdə zorlama

Nyu Yorkdda yerləşən Human Rights Watch (HRW) insan haqları təşkilatı aprelin 3-də yaydığı hesabatda ilk zorlama iddialarını sənədləşdirib. Xarkov şəhəri yaxınlığındakı Malaya Rohan kəndindən adının çəkilməsini istəməyən 31 yaşlı qadın danışıb ki, rus əsgəri məktəb binasının zirzəmisinə girib. Martın 13-dən 14-nə keçən gecə bir dəstə qadın və uşaq ora sığınmışdı. Qadının dediyinə görə, əsgər onu ikinci mərtəbədə bir sinfə aparıb, silahla soyunmağa və oral sekslə məşğul olmağa məcbur edib.

“Bütün vaxtı silahı gicgahıma, üzümə dirəyirdi. İki dəfə tavana atəş açdı, dedi ki, bununla məndə daha çox həvəs oyatmaq istəyir”, – qadın deyib. O, əsgərin onu iki dəfə zorladığını, daha sonra üzünü və boynunu bıçaqla kəsərək getdiyini danışıb.

Ertəsi gün o ailəsi ilə birlikdə Xarkova gedib və ona yardım göstərilib. “Sağ qalmağıma şükr edirəm”, – o deyib.

Elə həmin gün Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons Twitter-də yazırdı ki, zorlama “müharibə silahıdır”.

“Ukraynada ondan istifadənin miqyasını bilmirik. Amma Rusiyanın arsenalında olduğu aşkardır. Tabe elətdirmək aktı kimi qadınları uşaqlarının, qızları ailələrinin qarşısında zorlayırlar”, – Simmons vurğulayıb.

Ukraynada döyüş zonasından çıxarılmış kimsəsiz uşaqlar
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Danışmayanlar da var

Rusiya konkret olaraq zorlama iddialarına reaksiya verməyib. Rusiya rəsmiləri Ukraynaya girmiş qüvvələrin dinc sakinləri hədəfə alması, həbi cinayətlər törətməsi iddialarını təkzib edib, amma bu zaman çox az dəlil ortaya qoyub.

İlkin xəbərlər yayılandan sonra seksual zorakılıqla bağlı oxşar əhvalatlar axını başlayıb.

Əri öldürülmüş qadının, Xerson vilayətində 78 yaşlı bir qadının, Kiyev yaxınlığındakı Buçada isə 14 yaşlı qızın zorlandığı bildirilir. 5 əsgər tərəfindən zorlandığı iddia olunan qızın hamilə qaldığı xəbər verilir.

Psixoloq Levçenko zorlama hallarının daha çox olduğunu düşünür. “Bu o demək deyil ki, qadınlar bu haqda danışmaq istəmirlər. Bacarmırlar. Sarsıntı onların fikirlərini formalaşdırmasına mane olur… Belə bir şəxs çox vaxt heç baş verəni dəqiq danışa bilmir”, – o vurğulayır.

Onun sözlərinə görə, Polşaya qaçmış ukraynalılar da artıq öz əhvalatlarını yardım işçilərinə nəql edirlər.

Müharibə aləti

Psixoloq və yardım işçisi Katerina Qalyant Buçada 3-5 nəfərlik rus əsgərlərinin törətdiyi bildirilən qrup zorlamalarından danışıb.

Onun sözlərinə görə, cinayətləri törədənlər qadın və uşaqların gizləndiyini göstərən yerlərə, sığınacaqlara giriblər.

“İndi zorlama müharibə alətidir. Güc nümayişi, adamları terrorizə etmək, onları psixoloji və fiziki sındırmaq yoludur”, – Qalyant deyib.

İrina Venediktova “Current Time”a bildirib ki, onun idarəsi işçi qrupu yaradıb, məqsəd iddia olunan zorlamalar barədə informasiya yığmaq və onları Beynəlxalq Cinayət Məhkəməsinə göndərməkdir. Onun sözlərinə görə, məhkəmə Rusiya Federasiyasına, təcavüzkar ölkəyə cinayət işi açıb.

“Bu bizə imkan verir ki, bu dəlildən təkcə ayrı-ayrı əsgərlərə qarşı istifadə etməyək. Əsgərləri müəyyənləşdirə bilsək, əla olar. Amma müəyyənləşdirə bilməsək, yenə də bu informasiya və dəlildən Rusiya ordusunun Ukrayna ərazisində törətdiyi cinayətlər təsdiqləmək üçün istifadə edə bilərik”, – baş prokuror söyləyib.

XS
SM
MD
LG