Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:32

Hikmət Hacızadə: 'Əgər Rusiya Qarabağı bizə versə...'


Hikmət Hacızadə
Hikmət Hacızadə

Azərbaycanın dövlət başçısı İlham Əliyev növbəti prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyəti olmadığını deyib. O, Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində növbəti dəfə prezidentliyə namizədliyini verib-verməyəcəyinə də toxunub:

“Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər, bu gün olduğu kimi, xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”.

Bu o deməkdirmi ki, növbəti seçkilərdə hakim partiya seçkilərə başqa namizədlə qatılacaq?

Siyasi şərhçi Toğrul Cuvarlı “Suala cavab vermək çətindir” deyir, bunu analiz etmək üçün vaxt gərəkdiyini söyləyir.

Buna da bax:​ Putin Hindistanda Qarabağ münaqişəsindən danışdı

“Putin-Medvedev modelinin tətbiqi qaçılmaz görünür”

Başqa bir siyasi şərhçi Azər Rəşidoğlusa bu fikirdədir ki, prezident seçkilərlə bağlı suala birmənalı cavab verməyib. O, durumun dəyişəcəyi halda, erkən prezident seçkilərinin keçirilmə ehtimalının hələ də gündəmdə olduğunu düşünür.

Azər Rəşidoğlu: 'Həmin müsahibədə ölkə rəhbəri açıq-aşkar Rusiyaya doğru jestlər edib'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

O ki qaldı, prezidentin seçkilərdə iştirak edib-etməyəcəyi haqda dediklərinə, Azər Rəşidoğlu belə nəticəyə gəlir ki, “artıq birinci vitse-prezidentin kimliyi” bəllidir: “Erkən seçkilər keçirilməsə, növbəti prezident seçkisində məhz birinci vitse-prezident prezidentliyə namizəd olacaq. İlham Əliyevsə növbəti mərhələ üçün ölkənin birinci vitse-prezidenti postu ilə kifayətlənəcək. Bir sözlə, Azərbaycanda Rusiya modeli – Putin-Medvedev modelinin tətbiqi qaçılmaz görünür”.

Bunu qaçılmaz edən nədir? Siyasi şərhçinin sözlərinə görə, İlham Əliyevin ard-arda prezident seçilməsi Qərb və Rusiya dairələrini qane etmir. Bu baxımdan, indiki dövlət başçısına yaxın çevrədən bir nəfərin prezidentliyə namizədliyi irəli sürülə bilər.

“Həmin müsahibədə ölkə rəhbəri açıq-aşkar Rusiyaya doğru jestlər edib. Eyni zamanda, Avrasiya İqtisadi Birliyinə daxil olmaqla bağlı Bakının yumşaldığını göstərib. İstisna deyil ki, Qərbin buna cavabı kəskin, sərt ola bilər. Bu da növbəti günlərdə status-kvonun dəyişməsinə səbəb ola, ölkədə yeni parlament və ya prezident seçkilərinin vaxtının təyin edilməsini sürətləndirə bilər”,Rəşidoğlu bildirir.

Buna da bax:​ Rusiya-Ermənistan “raket müqaviləsi” barədə Azərbaycan ekspertlərinin fikirləri

Rusiyanın Azərbaycana cəlbedici təklifi

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nə qədər realdır? Prezident sözügedən müsahibədə “Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can atacaq. Yəni, heç nəyi istisna etmək olmaz” deyib. Cəlbedici görünən nədir bəs? Azərbaycan üçün bu sualın cavabı bəllidir: Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli.

Hikmət Hacızadə: 'Rusiya Qarabağı Azərbaycana istədiyi şərtlərlə verəcəyi halda rusun qucağında oturacaq'
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00
Direct-ə keçid

Politoloq Hikmət Hacızadə də bunu söyləyir elə: “Azərbaycan həmin birliyə daxil olacaq, əgər Rusiya Qarabağı bizə versə”. Onun fikrincə, münaqişə çox yaxın vaxtda həllini taparsa, yəni işğal edilmiş torpaqlar geri qaytarılarsa, Azərbaycan Birliyə üzv olacaq:

“Şərt budur. Amma, hələlik, tərpəniş yoxdur. Yenə deyirəm, Rusiya Qarabağı Azərbaycana istədiyi şərtlərlə verəcəyi halda rusun qucağında oturacaq”.

Buna da bax:​ Kerry Qarabağ haqda: "liderlər hazır deyillər"

“Azərbaycanın Avrasiya Birliyinə allergiyası yoxdur”

Deputat Rasim Musabəyov Azərbaycanın Avrasiya Birliyinə hər hansı “allergiyası olmadığını”, Ermənistanı çıxmaqla, quruma üzv ölkələrlə Azərbaycanın “çox mehriban münasibətlər” saxladığını söyləyir.

Rasim Musabəyov: 'Azərbaycanın Avrasiya Birliyinə hər hansı allergiyası yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Amma deputat bir məqamın altını cızaraq deyir ki, hər bir quruma qoşulmaqdan ötrü “zərurət və uduş olmalıdır”.

Rasim Musabəyov onu da xüsusi vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Azərbaycan Ermənistanla “buna bənzər qurumlara” üzv ola bilməz.

“İkincisi də, qurum üzvlərinə fayda verməlidir. Biz görməliyik ki, bura daxil olmaqla nəsə uduruq. Tutalım, Azərbaycanın ixracatı artacaq, böyük layihələri reallaşdırmaq mümkün olacaq və s. Bu halda üzvlük haqda düşünmək olar. İndiki halda, biz ona üzv olmadan da miqrasiya, pensiya və s. məsələləri həll edirik. Hələlik, nə siyasi, nə iqtisadi baxımdan ora üzvlük bizə heç nə vermir. Ona görə də bu birliyə üzvlükdən danışmağa dəyməz”, deputat fikrini bitirir.

Rusiya silahı

Dövlət başçısı “silah ticarətində Azərbaycanın əsas tərəfdaşının” Rusiya olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya ilə ümumi dəyəri 5 milyard dollar olan sazişlər imzalanıb və onların əksəriyyəti yerinə yetirilib. O, Azərbaycanin Rusiya ilə yanaşı Türkiyə, İran, Belarus və digər dövlətlərdən silah aldığını, bunu “gizlətməyin mümkün olmadığını” da əlavə edib.

Ermənistana “İskander” raket komplekslərini verdikdən sonra Azərbaycanın Rusiyayla silah ticarəti aparması nə dərəcədə məqbuldur?

Rasim Musabəyov deyir ki, Azərbaycan silah-sursatının 90 faizini bu ölkədən alıb, ən azı onları işlək vəziyyətdə saxlamaq, onları ehtiyat hissələrlə təmin etmək üçün Rusiyadan “üz çevirmək mümkün deyil”.

XS
SM
MD
LG