Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Rusiyada istənilən xarici təşkilat ‘arzuolunmaz’ sayıla bilər


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də imzaladığı qanun istənilən xarici təşkilatı, o cümlədən üçüncü ölkələrin dövlət orqanlarının yaratdığı qurumları “arzuolunmaz” elan etməyə imkan verir. Qanun Rusiyanın üzvü olduğu hökumətlərarası beynəlxalq təşkilatlara, yaxud xarici ölkələrin hökumət strukturlarına birləşdirilmiş qurumlara aid deyil.

Mövcud qanunvericiliyə görə, yalnız qeyri-hökumət, beynəlxalq və xarici təşkilatlar “arzuolunmaz” elan edilə bilərdi. Ancaq deputatlar qanunun xarici dövlət orqanlarının təsisçisi, yaxud iştirakçısı olduğu qurumlara da aid olunmasını təklif ediblər.

“Ölkəmizin daxili işlərinə müdaxiləni istisna etməkdən ötrü qanunvericilikdəki bu hüquqi boşluq aradan qaldırılmalıdır. ABŞ, Britaniya, digər Avropa ölkələrinin dövlət strukturlarının yaratdığı təşkilatlar Rusiyaya qarşı fəaliyyət göstərirlər. Onların qarşısının alınması – təhlükəsizlik, vətəndaşlarımızın maraqlarının qorunması məsələsidir”, – Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Cəza

Rusiyanın Cinayət və İnzibati məcəllələrinə edilən dəyişikliyə görə, istənilən “arzuolunmaz” təşkilatın fəaliyyətində iştiraka görə 500 min rubl cərimə, dörd ilədək azadlıqdan məhrumetmə cəzası kəsilə bilər. Belə fəaliyyətin təşkilinə görə isə altı ilədək həbs cəzası nəzərdə tutulur.

Rusiyada 2015-ci ildən bəri “arzuolunmaz” təşkilatların reyestri mövcuddur. Bu müddət ərzində reyestrə azı 160 media orqanı, qeyri-hökumət təşkilatının, digər birliklərin adları salınıb.

2024-cü ilin fevralında müstəqil AzadAvropa/AzadlıqRadiosu korporasiyası da “arzuolunmaz” elan edilib.

AzadlıqRadiosunun prezidenti Stiven Kapus (Stephen Capus) deyib ki, bu təsnifat Rusiya hökumətinin doğru xəbəri real təhdid saydığını göstərir.

Avropa İnsan Haqları Məhkəməsinin iyunda çıxardığı qərarda deyilirdi ki, Rusiya bir neçə xarici təşkilatı, o cümlədən AzadlıqRadfiosunu “arzuolunmaz” elan etməklə Avropa İnsan Haqları Konvensiyasını pozub.

XS
SM
MD
LG