Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:48

Rusiya ABŞ-ın sərhədi pozduğunu, ABŞ isə bu sərhədi tanımadığını deyir


ABŞ-ın USS John S. McCain eskadra minadaşıyanı
ABŞ-ın USS John S. McCain eskadra minadaşıyanı

Rusiya Müdafiə Nazirliyi bildirib ki, ABŞ donanmasının bir eskadra minadaşıyan gəmisi – destroyeri Uzaq Şərqdə taran olunacağı barədə xəbərdarlıq aldıqdan sonra Rusiyanın ərazi sularını tərk edib.

Nazirliyin bəyanatnda deyilir ki, USS John S. McCain gəmisi noyabrın 24-də Rusiyanın Vladivostok limanı yaxınlığındakı Böyük Pyotr körfəzində sərhədi 2 km keçib.

Bundan sonra isə Admiral Vinaqradov gəmisi ona sərhədi keçdiyi barədə xəbərdarlıq edib.

Bəyanatda deyilir ki, Rusiya Sakit Okean Donanmasınının Admiral Vinaqradov antisubmarin gəmisi Amerika gəmisinə beynəlxalq kommunikasiya xətti ilə belə hərəkətlərin qeyri-məqbul olduğunu çatdırıb.

Yalnız bundan sonra USS John S. McCain döyüş gəmisi beynəlxalq sulara qayıdıb.

ABŞ Rusiyanın qoyduğu sərhədi tanımır

ABŞ-ın 7-ci Donanması insidentin detalları barədə məlumat verməsə də, bildirib ki, ABŞ gəmisi Böyük Pyotr körfəzi yaxınlığında özünün “beynəlxalq sularda naviqasiya hüquq və azadlqılarından” istifadə edib.

Amerika tərəfi bildirib ki, Rusiya aşırı “dəniz hüdudu iddialarında” bulunur.

Sovet İttifaqı bu dəniz bölgəsini 1984-cü ildə özünün ərazi suları elan edib, lakin Birləşmiş Ştatlar bu iddianı qəbul etmir.

ABŞ 7-ci Donanmasının bəyanatında deyilir ki, Vaşinqton Böyük Pyotr kötfəzini Rusiya suları hesab etmir və USS John S. McCain gəmisi bu əraziyə ABŞ-ın beynəlxalq sularda dənizçilik azadlığına sadiqliyini nümayiş etdirmək üçün bilərəkdən daxil olub.

ABŞ və bir sıra başqa ölkələr qəti bəyan edirlər ki, Rusiyanın ərazi suları beynəlxalq qanunlara əsasən 12 dəniz milindən (20 kilometr) artıq zolağı əhatə edə bilməz.

XS
SM
MD
LG