Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:19

Ruhanı ‘ABŞ-ı qıcıqlandırmamaq’ üçün qanunun icrasını ləngidir


Prezident Həsən Ruhani
Prezident Həsən Ruhani

İran hökuməti uranın zənginləşdirilməsi proqramının dərhal sürətləndirilməsinə dair ölkə parlamentinin qəbul etdiyi ziddiyyətli qanunun icrasını ləngidir.

İran prezidenti Həsən Ruhani bu qanuna qarşı çıxıb. O deyib ki, qanunun qüvvəyə minməsi İranın beynəlxalq güclərlə mümkün danışıqlarını və diplomatik səyləri əngəlləyə bilər.

İran Atom Energetikası Təşkilatının başçısı Əli Əkbər Salehi isə bu yaxınlarda verdiyi müsahibədə ölkənin bu qanunu icra etmək üçün lazımi qədər vəsaitinin olmadığını bildirmişdi.

Sözü gedən qanun İran hökumətindən uranın zənginləşdirilməsi dərəcəsinin dərhal 20 faizə qaldırılmasını tələb edir.

Dekabrın 28-də vitse-prezident İshaq Cahangiri sözü gedən qanunun icrası üçün əsasnamənin aidiyyəti dövlət strukturlarına göndərildiyini demişdi.

Bu qanunvericilik aktı parlamentdə dekabrın 1-də qəbul edilmiş və qüdrtəli Nəzarət Şurası tərəfindən dərhal təsdiqlənmişdi.

Tehran nüvə silahı istehsalına yaxınlaşa bilər

Bu əsasnamədə deyilir ki, İranın Atom Energetikası Təşkilatı uranın 20 faiz dərəcəsində zənginləşdirilməsi işinə hazırlıq üçün gərəkli olan texniki və maliyyə ehtiyaclarına dair hesabatı iki ay müddətində təqdim etməlidir.

Bu qanunun qəbul edilməsini İranın nüvə alimi Mohsen Fəxrizadənin sui-qəsd nəticəsində öldürülməsindən sonra parlamentdəki sərt xətt-hərəkət tərəfdarları tələb edirdilər.

Lakin qanunda bu da vurğulanırdı ki, uranın zənginləşdirilmə dərəcəsinin artırılması nüvə proqramının dinc səciyyəsinə xələl gətirməyəcək.

Ekspertlər isə xəbərdarlıq edirdilər ki, uranın 20 faiz dərəcəsində zənginləşdirilməsi potensial olaraq Tehranın atom silahı istehsal etməsi vaxtını yaxınlaşdırır və bu səbəbdən də Ağ Evin yeni administrasiyası ilə qarşıdurma yarada bilər.

İran gələcək danışıqlarda mövqeyini möhkəmləndirir

Keçmiş ABŞ diplomatı Mark Fitzpatrik bu ayın əvvəllərində AzadlıqRadiosuna bu barədə belə demişdi:

"20 dərəcəyədək zənginləşdirmə bu mərhələdə böhrana səbəb ola bilər. Çünki bununla İran nüvə silahının istehsalı üçün lazım olan dərəcənin 90 faizinə çatmış olacaq. Nüvə enerjisinin dinc səciyyə daşıdığı halda İranın 20 dərəcəli uran istehsal etməsi yalnız mümkün danışıqlar prosesində Tehranın mövqeyinin möhkəmləndirilməsinə xidmət edə bilər”.

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini birtəfəli qaydada 2015-ci il nüvə sazişindən çıxarıb və bununla da İran iqtisadiyyatı üzərinə boğucu sanksiyalar bərpa olunub.

Buna cavab oklaraq İran bu saziş üzrə öhdəliklərindən tədricən geri çəkilməyə başlayıb.

ABŞ-da prezident seçilmiş Co Bayden bundan əvvəl ABŞ-ın yenidən 2015-ci il sazişinə qoşulacağını vəd etmişdi.

Lakin o bildirmişdi ki, buna görə İran saziş üzrə öhdəliklərinə tam əməl olunmasını təmin etməlidir.

Parlamentin spikeri Məhəmməd Bager Qalibaf da daxil millət vəkilləri hökumətin qanunun icrasını ləngitmək taktikasına hələki münasibət bildirməyiblər.

Ruhani hökuməti ABŞ-ın yeni administrasiyası ilə razılığa gəlinə biləcəyinə ümid edir.

XS
SM
MD
LG