Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:28

RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır


İllüstrativ foto
İllüstrativ foto

RT və digər dövlətdən maliyyələşən media orqanları "Google News" daxil xəbər xidmətlərindən yığışdırılıb

Google Europe Kremlə yaxın RT və Sputnik media orqanlarının YouTube kanallarını blokladığını bəyan edib.

YouTube-un sahibi Google martın 1-də tvitində yazıb ki, bu addım dərhal qüvvəyə minir, ancaq “sistemlərimizin buna tam uyğunlaşması vaxt alacaq”.

Google-un ana şirkəti Alphabet-dən “Reuters”-ə bildirilib ki, RT və digər dövlətdən maliyyələşən media orqanları "Google News" daxil xəbər xidmətlərindən yığışdırılıb.

Dezinformasiyanın yayılmasını önləmək...

Google şirkətinin qlobal məsələlər üzrə prezidenti Kent Uolker bloq postunda qeyd edir ki, “bu fövqəladə böhranda dezinformasiyanın yayılmasını önləmək və internetdə dezinformasiya kampaniyalarını pozmaq üçün təcili addımlar atırıq”.


Bundan bir neçə saat öncə Avropa İttifaqının üzvləri Avropa Komissiyasının təklif etdiyi sanksiyaları təsdiqləyiblər. Sputnik və RT-nin Britaniya, Almaniya və Fransanı əhatələyən, həmçinin ingilis və ispanca kanalları məhdudlaşdırılıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 27-də deyirdi ki, RT və Sputnik “Kremlin media maşını”nın tərkib hissəsidir, Aİ “onların Avropada toksik və ziyanlı dezinformasiyasını qadağan etməlidir”.

Kontentin istənilən formada yayılması...

Aİ-nin martın 2-də yayacağı qaydanı AzadAvropa/AzadlıqRadiosu əldə edib. Sənəddə deyilir ki, Rusiya “Aİ və qonşularında vətəndaş cəmiyyəti üzvlərini hədəfləyən davamlı və təşkil olunmuş propaqanda aparır, faktları dərindən dəyişdirərək onlarla manipulyasiya edir”.

Rusiyanın propaqandanı media orqanları vasitəsilə gerçəkləşdirdiyi, “Rusiya Federasiyası rəhbərliyinin daimi, yaxud dolayısı nəzarəti altında” olduğu, bu hərəkətlərin “Aİ-də ictimai düzənə və təhlükəsizliyə ciddi və birbaşa təhdid yaratdığı” vurğulanır.

Kiyevə raket zərbələri endirilir. Teleqülləyə də raket düşüb
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Sanksiyalar çərçivəsində bu iki media orqanının kontentinin Aİ-də istənilən formada yayılmasının, yayımın istənilən formasının qadağan ediləcəyi gözlənir.

RT-nin əsas YouTube kanalının 4.5 milyon abunəçisi var.

Apple şirkəti isə Rusiyada bütün məhsullarının satışını dayandırıb. Apple Rusiyada Apple Pay mobil ödənişlər xidmətini məhdudlaşdırıb, App Store Rusiyadan kənarda Sputnik və RT tətbiqlərini bloklayıb.

XS
SM
MD
LG