Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Rəisinin çıxışına etiraz edən tələbələr döyüldüklərini deyirlər


İbrahim Rəisi Tehran Universitetində
İbrahim Rəisi Tehran Universitetində

Tehran Universitetinin tələbələri Prezident İbrahim Rəisinin çıxışından öncə etiraz aksiyasına cəhd edərkən təhlükəsizlik qüvvələri tərəfindən döyüldüklərini deyirlər.

Tələbə Birlikləri Şurasının Telegram kanalı dekabrın 7-də bir neçə tələbənin xəsarət aldığını bildirib.

Vaşinqtonda politoloq: 'İran Cənubi Qafqazla bağlı peşman olub'
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Hər il dekabrın 7-də – İranda Tələbə Günündə çoxsaylı universitetlərdə nümayişlər təşkil edilir, tələbələr demokratik tələblər irəli sürürlər.

Onlar akademik hüquqlar, ifadə azadlığı, hökumətdən ayrı akademik müstəqilliklə yanaşı daha geniş demokratik azadlıqlar da tələb edirlər.

Digər universitetlərdə də döyülənlər olub

Sentyabrın ortasından İranda davam edən etirazlarda tələbələr fəal iştirak ediblər. Etirazlar 22 yaşlı Məhsa Əmininin polis tərəfindən saxlanandan sonra vəfat etməsilə əlaqədar başlanıb. Nümayişlər amansızlıqla yatırdılıb.

Ultra-mühafizəkar Rəisi universitetdə bir qrup hökumətyönlü tələbə qarşısında çıxışında deyib ki, “etiraz iğtişaşdan fərqlidir”, qiyamçılar “sevdiklərimizin ədalətsiz ölümünə səbəb olub”.

Prezident danışarkən xeyli tələbə universitetin müxtəlif yerlərinə yığışaraq hökumətə qarşı şüarlar, “Qadın, Həyat, Azadlıq” sözlərini səsləndiriblər.

Tehrandakı AmirKabir Universiteti daxil olmaqla, bir sıra təhsil ocaqları, o cümlədən Məşhəddəki universitetlərdən tələbələrin ağır şəkildə döyülməsi xəbərləri gəlib.

Məşhəddəki Firdovsi Universitetindən şahidin sözlərinə görə, tələbələrin toplantısına təhlükəsizlik qüvvələri “hücum” edib.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Tətil davam edir

Bu arada ölkədə bizneslər, mağazalar artıq üçüncü gündür qapalıdır.

AzadlıqRadiosunun fars xidməti – Radio Fərda-nın ıldə etdiyi videolarda İsfahan, Bukan və Tehranda mağaza sahiblərinin etirazlara dəstək olaraq tətil etdiyi görünür

Fəalların HRANA xəbər agentliyinin məlumatına görə, noyabrın 29-dək etirazlarda azı 459 nəfər, o cümlədən 64 azyaşlı öldürülüb.

XS
SM
MD
LG