Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:39

Qərb ya Şərq seçimi: ‘Ayını qucaqlayanlar, yemləyənlər və ona inanmayanlar’


Co Bayden (solda) və Vladimir Putin (Kollaj)
Co Bayden (solda) və Vladimir Putin (Kollaj)

İyunun 16-da Cenevrədə ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Bu görüş ərəfəsində Pew Research Center sorğu qurumunun apardığı araşdırmaya görə dünya üzrə Putinin xarici siyasətini respondentlərin yalnız 22 faizi düzgün sayır.

17 ölkədə aparılmış eyni sorğunun nəticələrinə görə Co Baydenə rəğbət 74 faizdir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu sorğu əlbəttə çoxlarının çox şey gözləmədiyi bu görüşün nəticələrinə təsir göstərməyəcək.

Şərhçilərin fikrincə, bu sammit olsa-olsa, ABŞ və Rusiya liderləri arasında ilkin təmas sayıla biləcək.

Ekspertlət bildirirlər ki, hazırda ABŞ və Rusiya arasında münasibətlər Soyuq müharibədən bəri ən aşağı səviyyəsindədir.

Co Bayden bu görüşün ərəfəsində bəyan edib ki, Putinlə görüşdə ABŞ və onun müttəfiqlərinin vahid və ortaq mövqeyini nümayiş etdirəcək.

O habelə mühüm problemlər barədə Rusiya lideri ilə açıq söhbət edəcəyini deyib.

Bayden deyib ki, bu sammit fikir ayrılıqlarına rəğmən deyil, məhz məhz bu ixtilafların mövcudluğuna görə keçirilir.

Əslində bu görüşün təşəbbüsçüsü elə Baydenin özü olub.

Qəliz region

İki liderin dünyanın müxtəlif regionlarındakı populyarlığı fərqlidir. Lakin iki dövlətin ən tez-tez qarşılaşdığı region Mərkəzi və Şərqi Avropadır.

Bu ölkələrdə Baydenin Putindən populyarlıq üstünlüyü Qərbdə olduğundan bir qədər azdır.

GLOBSEC beynəlxalq analitik mərkəzinin regionun 10 ölkəsində keçirdiyi sorğuda respondentlərin 53 faizi Baydenə, 35 faizi isə Putinə rəğbətli olduğunu bildirib.

Lakin GLOBSEC qrupunun ekspertləri təkcə populyarlıq reytinqini müəyyən etməyiblər.

Onların iyun ayında dərc etdikləri sorğu nəticələri hesabatı bir qədər ziddiyyətlidir.

Bir tərəfdən Şərqi və Mərkəzi Avropa ölkələrində rusiyayönlü əhval-ruhiyyələrin artdığı görünür, digər tərəfdən isə bu regionun adamları Moskvanı Qərbin tam geosiyasi alternativi kimi görmürlər.

Hesabatda deyilir ki, hətta Rusiya ilə normal münasibət istəyənlər və Moskvaya rəğbətlilər də Qərbi daha etibarlı partnyor hesab edirlər.

Hesabatda bəzi rəqəmlər verilib.

Necə hesab edirsiniz, sizin ölkəniz ilk növbədə Qərbə, yoxsa Şərqə meyllənməlidir?

Cədvəllər “Qərb : Şərq” arasında faizlər üzərində qurulub:

Monteneqro – 35 (Qərb) :25 (Şərq)

Slovakiya – 29:11

Serbiya – 21:10

Çexiya – 29:5

Macarıstan – 37:3

Polşa – 42:2

Rusiyanı öz ölkənizin mühüm strateji partnyoru hesab edirsinizmi? Bu suala “bəli” cavabı verənlərin ölkələr üzrə faizi:

Serbiya – 59

Slovakiya – 42

Bolqarıstan – 41

Macarıstan – 33

Çexiya – 21

Rumıniya – 6

Rusiya sizin ölkəniz üçün təhlükə yaradırmı? Cavablar “bəli” və “yox” arasında faizlə:

Polşa – 68:21

Rumıniya – 30:24

Çexiya – 43:57

Macarıstan – 25:65

Slovakiya – 20:61

Bolqarıstan – 3:55

Nəticə və yaxud üç qrup

AzadlıqRadiosunun Rus xidməti yazır ki, tədqiqatın nəticələrinə görə ölkələr üç qrupa ayrılıb:

Bear huggers ("ayını qucaqlayanlar") qrupundakı ölkələr Rusiya ilə müsbət münasibət istəyənlər və ölkələrinin Rusiya ilə ortaq mədəni-tarixi irsə malik olduğunu düşünənlərdir. Bu qrupa Bolqarıstan, Serbiya, Slovakiya və Monteneqro daxildir.

Bear feeders ("ayını yemləyənlər") – qrupuna Rusiyaya praqmatik yanaşanlar, Rusiyanın hamısına olmasa da, bəzi addımlarına və ictimai bəyanatlarına müsbət baxanlar daxildir. Bunlar Çexiya, Macarıstan və Şimali Makedoniyadır.

Bear sceptics (“ayıya inanmayanlar”) qrupundakı ölkələrdə Rusiyaya ümumən mənfi hissiyyat var və onu mühüm strateji partnyor kimi qəbul etmirlər. Bu kateqoriyada yalnız Polşa və Rumıniya var.

XS
SM
MD
LG