Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

«Quş qripi»: rəsmilərlə sakinlərin sözü düz gəlmir


Əfqanıstan, - Cəlilabad bazarında müştəri gözləyən oğlan xoruzu öpür, 15 Mart, 2006
Əfqanıstan, - Cəlilabad bazarında müştəri gözləyən oğlan xoruzu öpür, 15 Mart, 2006
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 5 nəfərin "quş qripi"ndən öldüyünü təsdiqləyəndən sonra Azərbaycanda hansı işlər görülür?

Ümumdünya Səhiyyə Təşkilatının ÜST nümayəndələri bir aya yaxındır ki, Səhiyyə Nazirliyi və Baytarlıq İdarəsinin əməkdaşları ilə birlikdə Azərbaycanda insanların bu virusa necə yoluxduqlarını araşdırırlar. Virusun aşkarlandığı yaşayış məntəqələrində bütün həyətlər dezinfeksiya olunur, giriş-çıxışlarda dezinfeksiya məntəqələri qurulub.


Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, işlər bir gün də olsun dayandırılmır. Salyan rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərov deyir ki, martın 21-də aparılan müzakirələrdə ÜST-nin nümayəndələri görülən işlərdən razılıq bildiriblər.



Çöl quşlarının daha çox olduğu göllərin kənarında polis postları qurulsaydı, bəlkə bu virusa yoluxma halları ümumiyyətlə, olmazdı
Amma yerli sakinlər "quş qripi"nə qarşı mübarizənin effektli aparılmadığını deyirlər. Salyan rayon sakini Emil Məmmədov qeyd edir ki, ilk günlər təbliğat və maarifləndirmə işi aparılmadığından, çoxları Salyanda "quş qrip"nin olmasına ciddi yanaşmayıblar. Həmsöhbətim hesab edir ki, əgər ilk gündən kəndbəkənd sakinlərlə görüşlər keçirilərək çöl quşlarından istifadənin tam qadağan olunduğu bəyan edilsəydi, çöl quşlarının daha çox olduğu göllərin kənarında polis postları qurulsaydı, bəlkə bu virusa yoluxma halları ümumiyyətlə, olmazdı.


Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, insanların "quş qripi" virusuna yoluxmasının bir səbəbi də dövlət orqanlarının ilk anlarda cəmiyyətə təzadlı məlumatlar verməsidir. Onun sözlərinə görə, bir dövlət qurumu əhalini ehtiyatlı olmağa çağırırdısa, digəri heç bir problem olmadığını bəyan edirdi. Eyyub Hüseynov deyir ki, burda müəyyən maraq və təsir müşahidə olunmaqdadır: "Aylarla pafosla danışan dövlət orqanları nümayəndələrinin broyler fabriklərinin təsiri altında olmaları özünü büruzə verir".


XS
SM
MD
LG