Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Bakıda qraffiti qadağası: "Mən rəsmimlə heç kimə ziyan vurmuram"


►Bakı şəhər icra hakimiyyəti: “Şəhəri ona görə abadlaşdırırıq ki, kim nə istəyir gəlib eləsin, şəkil çəksin?”

"Mən heç kəsə ziyan vurmuram"

Şəhərin ara küçələri qrafiti çəkənlərə əlverişli sayılır. Mərkəzi küçələrdə bu cür rəsmləri və divar yazıları tez silinsə də, dalanların arası “divaryazanlar”a uyğun məkandır. Köhnə məhəllənin sakini Turab Məmmədli deyir, bu cür rəsmlər göz oxşayan olmadığına görə, tez də silinməsini istəyir:

“Kim çəkir, niyə çəkir, bilmirəm. Bəlkə də bununla özünü göstərmək, nəsə bacardığını göstərmək istəyir”.

“Divaryazanlardan” biri, 18 yaşlı Tahir Əmirli, doğrudan da, bu cür rəsmlərlə özünü ifadə etmək istədiyini söyləyir:

“Mən heç kimə ziyan vurmuram. Özüm kasıb məhəllədə yaşayıram. Divarlarımız da bombozdur, istəyirəm, bir az rəngarəng olsun. Burda nə var ki?”

Bakının məşhur qrafitisi :“Bura zibil tökənin atasına lənət”

Aydın Xan
Aydın Xan

Kultruroloq Aydın Xan qrafitinin yaranma tarixini yada salır. Belə ki, 20-ci əsrdə yaranan bir çox subkultural qruplar incəsənətin üzdə olan janrlarına alternativ olaraq “zirzəmi incəsənəti” adlanan bir formanı üzə çıxarmaq istəyiblər. Onlardan biri də qrafiti yazılardır. Bu, özəlliklə, keçmiş Sovet İttifaqının dağıldığı illərdə Rusiyada, sosialist ölkələrində yaranmağa başlayıb. Avropa və Qərb ölkələrində isə incəsənətin bir janrı sayılır:

Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

“İctimai, mədəni, hətta siyasi motivləri özündə əks etdirən məsələlərlə bağlı qrafiti yazılar bina, tikili, ya da hansısa hasarlar üzərində rəssamların etirazını ifadə edən müxtəlif sənət nümunələridir. Düzdür, son vaxtlar bunun qarşısı alınır. Çünki Bakı, hər halda, Qərb şəhəri deyil. Bakıda müəyyən yaşayış və tarixi binalar var ki, bunlar bir-birinə çox sıx birləşiblər. Bir tərəfdən, alternativ sənət növü sayılır. Ancaq daha maraqlı formalar tapmaq olar. Bu, həm də sosial-məişət baxımından özünüifadədir. Lap elə küçələdə yazılmış “bura zibil tökənin atasına lənət” də həmin o sosial incəsənətin bir hissəsidir. Sözsüz ki, insanların etirazı da normal qarşılanmalıdır. Buna görə kiminsə tutulmasının, həbsinin, cəzalandırılmasının qəti əleyhinəyik”.

____________________________________________________________

Bunlara da bax:
Ekspertlər pambıqçılığın inkişafında siyasi məqsəd görür
70 akula balinanı belə yedi- [Video]

____________________________________________________________

Bakıda divar yazılarını mənzil istismar idarələrinin əməkdaşları, adətən, yazılandan uzağı bir neçə gün sonra ağardır. Ancaq bu yazılar “inkişaf dövrü”nü də yaşayıb. Ötən il Bakıdakı Avropa Oyunları ərəfəsində isə əməlli-başlı“qanuniləşmişdi”.Şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qrafiti çəkilmişdi. O zaman, deyilənə görə, hətta mənzil istismar sahələrinin əməkdaşları da bu işə qoşulmuşdu.

“İlhama yox”, “Bəxtiyara azadlıq”...

Bakıda divarlar təkcə hansısa əraziyə zibil atanın ünvanına söyüşləri əks etdirmir. Adətən, seçki vaxtı binaların divarlarına indiki hökumət əleyhinə fikrilər yazılırdı.

Məsələn, 2013-cü il prezident seçkilərindən qalmış, kömürlə yazılmış “İlhama yox” yazısı metronun Xətai stansiyası ətrafındakı içəri binaların həyətində keçən ilə qədər qalmışdı.

Ya da bir neçə il öncəyədək gənc fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz bildirən “Bəxtiyara azadlıq” yazısı metronun 28 may stansiyası ətrafındakı dalanlarda iki il əvvələ qədər qalırdı. Ancaq sonradan hər ikisi silindi.

Bakının Nardaran kəndində hasarlar isə keçən ilə qədər dini şüarlarla dolu idi. Ötən dekabrda bu kəndə qoşun yeridiləndən sonra həmin yazılar da ağardıldı.

Hazırda isə keçmiş “Sovetski” küçəsinin uçulmuş divarlarından fərqli qrafiti “boylanır”.

Bunlar daha çox hansısa gəncin sevgi etirafı, ya da keçmiş məhəlləyə ünvanlanan nisgil mesajlarıdır.

Divarlarda sovet rəmzi – oraq- çəkic işarələri və əhalinin köçməyə etirazını bildirən şüarlar da yer alıb.

Qrafiti şəraitsizlikdən inkişaf edə bilmir

Orxan Bahadırsoy
Orxan Bahadırsoy

Gənc yazar Orxan Bahadursoyun fikrincə, Bakıdakı qrafiti daha çox bayağı olur. Ancaq istisnalara da rast gəlinir:

“Məsələn, azadlığa səsləyən, hətta ixtilaf yaradacaq gözəl yazılar da,könül, göz oxşayan divar rəsmlərinə də rast gəlmişəm. Ancaq bunlar çox az olur. Çünki, əvvəla, buna qarşı ictimaiyyətdə bir qınaq var ki, divarı yazmaq olmaz. 5-10 nəfər bir yerə yığışıb oturub söhbət eləyə bilmir, tutub basırlar içəri ki, “mitinq eləyirsiz”, o ki qala divar yazmaq. Ona görə bizdə bu cür mədəniyyət inkişaf eləyə bilmir”.

Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

“Dövlətdən icazə alınmalıdır”

Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdir Xalid Ələkbərov isə bu cür yazıların, rəsmlərin silinməsini vacib sayır. Onun sözlərinə görə, özbaşına heç nə eləmək olmaz:

Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

“Biz şəhəri ona görə abadlaşdırırıq ki, kim nə istəyir gəlib eləsin, şəkil çəksin? Bunun üçün icazə alınmalıdır, razılaşdırılmalıdır. Bu şəhərdir, bunun yiyəsi var, hökumət var, dövlətdən icazə alınmalıdır”.

Rəssamdan “xüsusi divarlar” ideyası

Ziyadxan Əliyev
Ziyadxan Əliyev

Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyevsə insanların özünüifadəsindən ötrü xüsusi divarların ayrılmasını təklif edir:

“İnsanların gəlib öz istədiklərini çəkməyə bir yerin, guşənin açılması maraqlı olardı. Adamlar burada özlərini ifadə edə bilərlər. Sərbəst yaradıcılıqdır. Maraqlı nəticələri ola bilər. Hətta şəhərin bir neçə yerində belə divarlar olsa, maraqlı fikirlər, əsərlər ortaya çıxar”.

Gözlə

No media source currently available

0:00 0:00:20 0:00

“Divaryazan” Tahir Əmirli isə deyir ki, təki çəkməyə yer olsun: “İcazəli, ya da icazəsiz, adam istəyir nəsə yazsın, çəksin. Ancaq pozmasınlar”.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək
Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

XS
SM
MD
LG