Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:21

Qohum evliliyi ləğv edilir, amma...


'Azərbaycanda uşaq məcburi ərə verilir'
Gözlə

No media source currently available

0:00 0:12:00 0:00

'Azərbaycanda uşaq məcburi ərə verilir'

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilə bilər. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən, iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Vurğulanıb ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin riski olduqca yüksəkdir.

Habelə, Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal da aradan qaldırılır. Üstəlik, 16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən valideynlər üçün cəzalar müəyyənləşir.

Bundan əvvəl qanun yalnız yaxın qohumlar, o cümlədən qardaş və bacılar arasında nikaha icazə vermirdi.

"Qohum evliliyinin sayı ilbəil artır"

Rəsmilər deyir ki, ölkədə qohum evliliyinin sayı ilbəil artır. Ədliyyə Nazirliyinin məlumatına görə, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 min 363, 2022-ci ildə isə 2 min 542 olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də "Turan"a bildirilib ki, elmi araşdırmalara görə, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir: "Yad cütlüklər arasında nikahlar nəticəsində əlilliyi olan uşaqların doğulması riski 2-4 faizdirsə, qohum evliliklərdə risk 4-8 faizədək artır".

Komitədən əlavə edilib ki, ölkədə əlilliyi olan 70 minə yaxın uşaq var.

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Çətin olacaq"

Ekspertlər hesab edirlər ki, qanunvericiliyə dəyişikliklər qeyri-rəsmi nikahların da sayının artmasına gətirib çıxara bilər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, nikah bağlanan şəxslərin qohum olub-olmadığını müəyyənləşdirmək çətin olacaq: "Soyadını dəyişib gedib evlənəcəklər. Soyadları fərqlidirsə, qohum olub-olmadığını öyrənmək lap çətindir. Yalnız uşaq xəstə doğularsa, onda valideynlərin qohum olduğunu araşdırırlar. Yaxşı olardı ki, həkimlər, alimlər, mütəxəssislər üçün rayonlara səfər etməyə, əhali ilə görüşməyə, ünsiyyət qurmağa, maarifləndirməyə şərait yaradılsın".

O hesab edir ki, qohum nikahlarının sayı rəsmi statistik məlumatlarda göstəriləndən daha artıq ola bilər. "Bununla bağlı statistikanı təqdim edəndə bu məlumatları necə, hansı faktorlarla aşkar etdiklərini göstərmirlər. Necə müəyyən olub ki, bu sayda qohum evlilikləri var? Bu, bəlli deyilsə, statistikanın daha yuxarı olduğu ehtimalı da var", - ekspert AzadlıqRadiosuna bildirib.

XS
SM
MD
LG