Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:16

"Bayram Məmmədov işgəncə izlərini göstərdi"- [Video]


Gənclər həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Gənclər həbsdə qaldı

► "Bayram qeyd etdi ki, Ombudsmanın nümayəndələrinə həmin xəsarət izini göstərib, deyib ki, "bunun da şəklini çəkin".

Onlar isə çəkməyib, deyiblər ki, "bu, başqa şeydən yaranıb". Bədənində xəsarət izi olmayan hissələrin şəklini çəkiblər"

Mayın 10-da həbs olunmuş gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun barəsində həbs-qətimkan tədbiri seçilməsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Hər iki şikayət üzrə proses mayın 19-da Bakı Apellyasiya Məhkəməsində aralarında bir saat fərqlə keçirildi.

Qiyas İbrahimovun həbsindən şikayətə Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Məhkəmənin gedişində vəkil Elçin Sadıqov Qiyas İbrahimov həbsdən buraxılmasa belə, heç olmasa, onun təhsil hüququnun bərpası barədə vəsatət qaldırıb.

XƏSARƏT İZLƏRİNİ HAKİMLƏRƏ GÖSTƏRİB

"Qiyas İbrahimov Slavyan Universitetində təhsil alır. Vəsatətdə xahiş etdik ki, imtahan günü o, nəzarət altında universitetə gətirilsin və imtahan verilməsinə şərait yaradılsın. Lakin vəsatətimiz təmin olunmadı", - Elçin Sadıqov AzadlıqRadiosuna bildirib.

Qiyas İbrahimov məhkəmədə deyib ki, üzərindən və evlərindən tapıldığı iddia olunan narkotikin ona heç bir aidiyyəti yoxdur. Onun dediyinə görə, narkotiki polislər özləri qoyub, özləri də götürüblər.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib və Qiyas İbrahimovun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilməsinə dair Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Hakim Qədim Babayevin sədrliyilə keçirilən digər məhkəmə iclasında gənc fəal Bayram Məmmədov da eyni məzmunlu ifadə verib və ittihamın əsassız olduğunu, narkotikin polislər tərəfindən atıldığını deyib. O, həmçinin işgəncəyə məruz qalmasından danışıb və üzərindəki xəsarət izlərini hakimlərə göstərib.

“XƏSARƏT İZİ AŞKAR GÖRÜNÜR”

"Onun əlindəki xəsarət izi aşkar görünür. Məhkəmədə hakim də Bayram Məmmədovdan soruşdu ki, işgəncə şikayətilə əlaqədar araşdırma aparmaq üçün prokurorluqdan kimsə gəlibmi? O bildirdi ki, heç kim gəlməyib. Xəsarətin izi itəndən sonra da araşdırma aparmağın heç bir mənası yoxdur. Bayram qeyd etdi ki, onunla Ombudsmanın nümayəndələri də görüşüb. O, Ombudsmanın nümayəndələrinə həmin xəsarət izini göstərib, deyib ki, "bunun da şəklini çəkin". Onlar isə çəkməyib, deyiblər ki, "bu, başqa şeydən yaranıb". Bədənində xəsarət izi olmayan hissələrin şəklini çəkiblər", - vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirib.

Müdafiəçi deyir ki, işgəncə məsələsi, hətta Bayram Məmmədov və Qiyas İbrahimov barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Xətai Rayon Məhkəməsinin qərarında da öz əksini tapıb:

"Məhkəmənin qərarında göstərilib ki, Bakı şəhər prokurorluğuna bu barədə məlumat verilsin. Onlar mayın 10-da həbs olunub, amma indiyədək dövlət orqanları bu istiqamətdə heç bir araşdırma aparmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Qiyasla görüşüb, amma Bayramla görüşməyib. Eyni zamanda, BMT-nin nümayəndələri hər ikisilə görüşüb".

EV DUSTAQLIĞI MƏSƏLƏSİNƏ BAXILACAQ

Bayram Məmmədovun həbsindən verilmiş apellyasiya şikayəti də təmin olunmayıb.

Fariz Namazlı qeyd edir ki, apellyasiya məhkəməsinin qərarını əldə edən sonra gənclərin həbsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərəcəklər.

Bundan başqa, müdafiəçilər gənclərin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatət qaldırıb. Vəsatətə yaxın vaxtlarda məhkəmədə baxılacaq.

Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da narkotik ittihamı ilə saxlanıblar.

NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

____________________________________________________________

Bunlara da bax:
«Laçının işğalından üç ay sonra kəndə qayıtdıq»
Ombudsman Aparatı gənclərə işgəncə verilmədiyini deyir

____________________________________________________________

Qiyasəddinin anası: "Dedim ki, narkotiki səhvən mənim yatağıma qoydun"

"Dedim ki, narkotiki səhvən mənim yatağıma qoydun"
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Məlumatda deyilir ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Məlumatda o da qeyd olunur ki, B.Məmmədov və Q.İbrahimov Bakı istintaq təcridxanasında saxlanılma şəraitindən razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.

Gənc fəalların vəkili Elçin Sadıqov isə Azadlıq Radiosuna qısa müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsassız sayıb. Vəkil deyib ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

Azərbaycanda artıq 14 ildir Ombudsman Aparatı fəaliyyət göstərir. Bu müddətdə bu qurum heç vaxt ölkədə işgəncə hallarının olması ilə bağlı açıqlama verməyib. Bəzi ekspertlər bunu Azərbaycanda Ombudsman Aparatının insan hüquqlarından çox, hüquq-mühafizə orqanlarını qorumağa üstünlük verməsi kimi izah edir.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.

XS
SM
MD
LG