Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:29

"İndi gəlsin Qənimət, sizi xilas eləsin”


Qənimət Zahid
Qənimət Zahid

►“İdarədə mənə hədə-qorxu gəldilər ki, "ailəni də izləyirik, evinə də narkotik atarıq, atan da gedər". Ona görə məcbur olub yazdım dediklərini...”

"Biz ailəliklə cinayətdən uzaq adamıq. Ona görə də şöbədə soruşdum ki, “neyləmişəm, məni bura niyə gətirmisiz?” Dedilər, "əmin oğlu Qənimət oyunları ilə səni də, bizi də zibilə salıb". Dedim, “mənim onunla əlaqəm yoxdu, o siyasətdədi, mən fəhlə adamam...”"

Bunu "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov məhkəmədə ifadə verərkən deyib.

“MAŞINIMA DA, CİBİMƏ DƏ ÖZLƏRİ ATIB”

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rövşən Zahidov, eləcə də baş redaktorun qardaşı oğlu Rüfət Zahidovun işi üzrə məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı Elçin Qafarov ittiham aktını elan edib. Zahidovlar onlara qarşı irəli sürülmüş narkotik maddə ittihamı üzrə özlərini təqsirli bilməyiblər.

Rüfət Zahidov ifadəsində deyib ki, narkotik maddəni cibinə onu tutan polislər atıblar:

"Mən ömrü boyu narkotik istifadə etməmişəm. Həbs olunduğum gün səhər tezdən məni izləyirdilər. Nahar zamanı maşınımı Yasamal rayonundakı "Şəki" kafesinin qarşısında saxlamışdım, bir nəfər məni çağırdı ki, maşını kənara çəkim. Kafedən çıxanda 7-8 mülki geyimli şəxs üstümə düşdü. Məni saxladılar, sonra dedilər ki, "əllərini yuxarı qaldır". Elə narkotiki də cibimə əllərimi qaldıranda atdılar. Maşınıma da, cibimə də özləri atıb, özləri də götürüblər. Əllərimi qandallayıb apardılar Narkotiklərlə Mübarizə İdarəsinə. Orada dedilər ki, "zakaz olunmusan, sabaha bu məsələ məruzə olunmalıdır".

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

“RÖVŞƏNİ İLYARIMDIR GÖRMÜRƏM”

Rüfət Zahidov qeyd edib ki, Rövşən Zahidovla narkotik maddə əlaqəsi olması barədə deyilənlər tamamilə yalandır:

"Yazıblar ki, guya, iyulun 18-i əmim oğlu Rövşənə büküm vermişəm, 20-si almışam. Mən Rövşəni il yarımdır ki, görmürdüm. Axırıncı dəfə yeni doğulan övladımı nənəm görsün deyə, kəndə getmişdim, onda da Rövşənlə görüşməmişik".

Rüfət Zahidov qeyd edib ki, onu yaxınlarının həbsilə hədələyərək, yazdıqları ifadəni imzalamağa məcbur ediblər:

"İdarədə biri yanımda zəng edib gülə-gülə dedi ki, "hazırdı, tutmuşuq". Məni otağa çıxartdılar, dedim, “siz atmısız narkotiki”. Dedilər ki, "əmilərini də biz tutmuşuq". Bir neçə il əvvəl əmilərim Mirzə Sakit və Qənimət Zahidi də həbs eləmişdilər. İdarədə mənə hədə-qorxu gəldilər ki, "ailəni də izləyirik, evinə də narkotik atarıq, atan da gedər". Ona görə məcbur olub yazdım dediklərini..."

“DEDİLƏR, QƏNİMƏTƏ GÖRƏDİR”

Rövşən Zahidov da məhkəməyə ifadəsində bildirib ki, ona açıq şəkildə sifarişlə həbs olunduğunu deyiblər:

"Şamaxının Qurdtəpə kəndində yaşayıram. Həbs olunduğum gün mənə tanımadığım nömrədən zəng gəldi ki, “5 min mişar daşım var, götürmək lazımdır”. Mən ustayam, gedib işimi görüb çörəkpulu qazanıram. Razılaşdım. Getdim, elə çatandan az sonra bir maşında dörd nəfər yaxınlaşıb kimliyimi soruşdular və tutub apardılar polis şöbəsinə. Məni məhkəməyə aparıb, 25 gün inzibati həbs verdilər. Təkadamlıq kamerada saxladılar, pis günə düşmüşdüm orda. Heç kimlə əlaqəm olmadı. Dedim, ailəmə zəng edim, xəbər verim. Dedilər ki, "sizin həbsinizi bütün respublika bilir”. Mənə dedilər, "indi gəlsin Qənimət, sizi xilas eləsin, görək necə xilas edir". Orada Rüfət barədə soruşdular, dedim, “onunla əlaqəm yoxdu”. Dedilər ki, “Rüfəti narkotiklə tutmuşuq”. Cavab verdim ki, deyin, "yükləmişik". Dedilər ki, "Qənimətə görədir, o olmasaydı, zülm çəkməzdiniz". Biz ömür boyu halal zəhmətlə yaşamışıq. Rütbəlilərin bizə elədikləri balalarının başına gəlsin".

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Məhkəmə martın 18-də davam edəcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Buna da bax...

Çəkicli adam kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:45 0:00

XS
SM
MD
LG