Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:31

Bu qələbədə Azərbaycanın payı


Azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Qafqazdan Berlinədək döyüş yolu keçib.
Azərbaycanlılardan təşkil olunmuş 416-cı diviziya Qafqazdan Berlinədək döyüş yolu keçib.

-

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.

XX əsrdə II Dünya müharibəsi illəri bəşəriyyətin ən ağır və dəhşətli dövrlərindən olub.

II Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük xidmətlər göstərib.

Azərbaycan SSR-də 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub.

1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub.

130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adını alıb, 30 nəfər «Şərəf» ordeni ilə təltif olunub.

Respublika iqtisadiyyatı cəbhənin ehtiyaclarını ödəmək kursuna istiqamətləndirilib. Yüngül və yeyinti sənayesi yalnız cəbhəyə işləməyə başlayıb. Azərbaycan neft sənayesi ölkəni yanacaqla təmin edib.

1941-ci ildə Azərbaycanda 23.5 milyon ton neft istehsal olunub. Bu da SSRİ-də istehsal olunan neftin 71.4 faizi demək idi.

Bütünlükdə isə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft verib.

Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri sayılır.

Hazırda Azərbaycanda 1237 müharibə veteranının yaşadığı bildirilir.

XS
SM
MD
LG