Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Qazaxıstan Rusiyaya görə Ukrayna səfirinə etiraz bildirib


Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev (sağda) Ukrayna səfiri Pyotr Vrublyovski ilə söhbət zamanı
Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev (sağda) Ukrayna səfiri Pyotr Vrublyovski ilə söhbət zamanı

Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynanın bu ölkədəki səfiri Pyotr Vrublyovskiyə onun yerli blogerə verdiyi müsahibə ilə bağlı etirazını bildirib

Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynanın bu ölkədəki səfiri Pyotr Vrublyovskiyə onun avqustun 21-də yerli blogerə verdiyi müsahibə ilə bağlı etirazını bildirib.

Ukraynada gedən müharibəni şərh edərkən diplomat rusiyalıların öldürülməsi məsələsinə toxunmuşdu.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, ukraynalı diplomatın dedikləri Rusiya məmurlarının, Xarici İşlər Nazirliyi və İstintaq Komitəsinin diqqətini cəlb etmişdi.

Vrublyovskinin Qazaxıstan XİN-ə dəvət edilməsinin səbəbi onun yerli bloger Dias Kuzairova müsahibəsində dediyi fikirlər idi:

"Çalışırıq ki, onlardan mümkün qədər çox öldürək. İndi ruslardan nə qədər çox öldürsək, uşaqlarımızın öldürməsi üçün daha az rus qalar”.

Müsahibədəki bu hissənin videosu sosial media şəbəkələrində, xüsusən də Kremlə bağlı medialarda geniş yayılmışdı.

Hazırda müsahibənin videosunda həmin hissə yoxdur. Belə görünür ki, bu parça internetdən silinib.

Hay-küyü Moskva qaldırıb

Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ukrayna diplomatına belə bəyanatların xarici dövlət səfirinin fəaliyyəti ilə “bir araya sığmadığı və qeyri-məqbulluğu” bildirilib.

Bundan əvvəl bu bəyanatın yolverilməzliyi barədə bəyanatı Qazaxıstan prtezidenti yanında məşvərətçi orqan olan Qazaxıstan Xalq Assambleyası vermişdi.

Bu müsahibənin sözü gedən fraqmentini habelə özünün Telegram kanalında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova paylaşmışdı.

Avqustun 23-də Rusiya İstintaq Komitəsinin saytında bildirlib ki, qurumun rəhbəri Aleksandr Bastrıkin Vryublovskinin bəyanatına “mövcud cinayət işləri çərçivəsində” hüquqi qiymət verib.

Bunun Ukrayna səfirinə qarşı cinayət işinin açılması olub-olmamasını demək mümkün deyil.

Məlumnatda bildirilir ki, istintaq Vrublyovskinin və Kuzairovun şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün kompleks tədbirlər keçirəcək.

XS
SM
MD
LG