Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

"Ermənilərlə danışığa hazırıq"


Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli

►“Dağlıq Qarabağda təkcə separatçı qurum deyil, erməni icmasının nümayəndələri də var"

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşündə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı indiki status kvo qeyri-davamlı və qəbuledilməzdir.

Nazir bildirib ki, münaqişənin həlli üçün, ilk növbədə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Nazir Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyindən də danışıb.

Oxşar bəyanatlar daha öncə də səslənib. Hazırkı vəziyyətdə bu dialoq realdırmı və bəyanatlardan fərqli bir iş görülürmü?

Millət vəkili Rasim Musabəyov deyir, dialoq vacibdir, ancaq:

Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

“Söhbət ondan gedir ki, erməni tərəfi icmaların dialoqundan boyun qaçırır. Onların istəyi odur ki, Azərbaycan hökuməti separatçı qurumla üzbəüz danışığa getsin. Bizsə deyirik ki, “yox, Dağlıq Qarabağda təkcə separatçı qurum deyil, erməni icmasının nümayəndələri də var”. Vasitəçilər bizə daima ermənilərin cəfəng təkliflərini çatdırılar. Zəhmət çəkib Azərbaycanın da təkliflərilə bağlı ermənilərin başına ağıl qoysunlar. İcmalar görüşüb Dağlıq Qarabağın gələcəyi barədə danışıqlar aparmalıdırlar. Bu vaxta kimi xarici işlər nazirləri 50 dəfə, dövlət başçlları 30 dəfə görüşüblərsə və nəticə yoxdursa, icmaların bir görüşündən hansı nəticə gözləmək olar? Ancaq dialoq vacibdirsə, buyursunlar, bu dialoqu da keçirsinlər”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Rasim Musabəyov
Rasim Musabəyov

"Xalq həmişə anlaşmanın yolunu tapa bilir"

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanovun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlara hazırdır:

Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

“Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşü ilə bağlı bir neçə dəfə təklif irəli sürülüb. Bu təklifdən erməni icması imtina edib. Azərbaycanlı icması isə həmişə bu cür danışığa hazır olduğunu bildirib. Məqsəd Azərbaycanda birgəyaşayışın ən gözəl modelini ermənilərə təqdim etməkdir. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Birgə yaşayışın mümkünlüyünü, bunun üçün bütün imkanları müzakirə etmək niyyəti güdülür. Xalq həmişə anlaşmanın yolunu tapa bilir. Bunu Dağlıq Qarabağda yaşayan ermənilər də gözəl bilirlər. Ona görə də Ermənistan rəhbərliyi icmanın görüşünə hər vəchlə mane olur”.

“Danışmağa hazırıq”

​Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli də bu təşəbbüsü həmişə dəstəklədiklərini söyləyir:

Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

“Hər halda, biz tərəfdən təşəbbüs var. Biz, ermənilərdən fərqli olaraq, deyirik ki, birgə yaşaya bilərik. Bizim mövqeyimiz daha müasir və daha ədalətlidir. Biz yenə görüşə bilərik. Ancaq əsas məsələ oraya qayıdan azərbaycanlıların orada necə yaşamasındadır. O şərait necə və nə vaxt olacaq? Bu problemləri müzakirə eləmək olar. ATƏT-in Minsk qrupu hər dəfə Bakıya gələndə bu məsələni qaldırırıq. Avropalı nümayəndələrə həmişə deyirik ki, “hazırıq”, danışmağa hazırıq. Ancaq qayıtmaq istəyirik. Bilməliyik, qayıdacağımız halda, camaatımız orada necə yaşayacaq, bizi kim müdafiə edəcək. BMT ordusumu olacaq? Çünki dünyada belə şeylər var. Əsas məsələ odur ki, ora qayıtmalıyıq. Oraya qayıtmasaq, ikinci Zəngəzur baş verə bilər.”

Fərhad Bədəlbəyli deyir ki, azərbaycanlı icma danışıqlara hazırdır. Ancaq Dağlıq Qarabağın erməni icması Ermənistandakı sərt rejimdən çəkinir.

“Referendumun nəticəsinə təsir göstərmək istəyir”

Əvəz Həsənov
Əvəz Həsənov

Konfliktoloq Əvəz Həsənov deyir ki, danışıqlar prosesi başlayandan Azərbaycan tərəfi həmişə icmalar arasında dialoqun olmasınıistəyib və bununla da gələcəkdə erməni icmasının mövqeyinə müəyyən qədər təsir göstərəcəyinə inanıb:

Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

“Eyni zamanda, Azərbaycan tərəfi fikirləşir ki, həmin əraziyə qayıtmaqla ermənilərlə münasibət yaransın, gələcəkdə, uzaq perspektivdə Dağlıq Qarabağda referendum keçirilərsə, onun nəticəsinə təsir edə bilsin. Həmçinin beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu göstərmək istəyir”.

Əvəz Həsənov deyir, beynəlxalq ictimaiyyət Azərbaycana Dağlıq Qarabağ ermənilərinin tərəf kimi tanınmasından ötrü təzyiq edir. “Azərbaycan da göstərmək istəyir ki, biz onlarla münasibətlərin qurulmasına hazırıq. Ancaq bir şərtlə ki, onlar erməni icmasının nümayəndəsi kimi, yaxud bu gün Dağlıq Qarabağda de fakto hakimiyyətdə olan erməni icmasının nümayəndəsi statusu ilə qoşula bilərlər. Azərbaycan buna daha çox nail olmaq istəyir”.

Buna da bax:

"Siyasi məhbus"ların evlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:08:47 0:00

XS
SM
MD
LG