Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:31

'İzvinistan'. Bloqerlər Sokurovun Putindən üzr istəməsindən yazır


Aleksandr Sokurov
Aleksandr Sokurov

Rusiyalı kinorejissor Aleksandr Sokurov məktub yazaraq Vladimir Putinlə mübahisə etdiyi üçün üzr istəyib. Mübahisə prezidentin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə baş vermişdi. Sokurov məktubunda yazır ki, dostları onu "çeçen sektoru" tərəfindən gələn təhqiramiz ifadələr və həyatına təhlükələr barədə xəbərdar ediblər.

Sokurov həmin görüşdə deyib ki, Rusiyada çoxsaylı problemlər var və ölkəni dəyişmək lazımdır. Bundan sonra Putin onunla polemikaya girişib.

Bloqlarda yazırlar ki, Rusiyada hətta Prezident yanında İnsan Hüquqları Şurasının üzvünün belə özünü təhlükəsiz hiss etməməsi ölkə haqqında çox şey deyir.

Qorxunc məsələ

Kseniya Boletskaya öz bloqunda yazır: "Sokurovun başına gələn qorxunc məsələdir. Alçaldılmış vəziyyətdə üzr istəyir. Hətta tanınmış rejissorlara belə sərbəst danışmağa icazə verilməyən nöqtəyə gəlib çatdıq. Halbuki Putinin ənənəvi olaraq belə əməkdar yaradıcılara qarşı zəifliyi vardı... (Yox, mən onun yazdıqlarını müzakirə etməyə hazırlaşmıram. O, fikrini dəyişdiyi üçün deyil, açıq təhdid olunduğu üçün üzr istəyir)".

Aleksey Dementyev öz bloqunda belə yazır: "İnsan hüquqları üzrə şuranın üzvü indi hüquqlarını müdafiə edən çıxışı ucbatından öz həyatına görə qorxub üzr istəyirsə, bu nə dövlətdir?".

"Heç nə də düzəlməyəcək"

Natalya Bravtseva yazıb: "Sokurov öz sözlərinə görə üzr istəyib. Bir daha deyim: Sokurov ölkə prezidentinə açıq ifadə etdiyi mövqeyi üçün üzr istəyib! Özü də hələ ona işgəncə verməyiblər, ailə üzvlərini girov götürməyiblər, yalnız yüngülvarı qorxudublar. Dünya şöhrətli rejissor ...ölkə prezidentindən müdafiə istəyir. Özü də açıq şəkildə həmin o prezidentə deyilən sözlər üçün! Bizsə həyatımızı yaşayırıq. Budur, Yeni İl gəlir və hərə ümid edir ki, bu ona şəxsən toxunmayacaq. Axı o susur və dəqiq qanuna zidd olan heç bir şey etməyə hazırlaşmır; hər şey düzələcək. Yox, heç nə də düzəlməyəcək".

Putin rəqiblərini "Saakaşvililər" adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

"Nemtsov üzr istəmədi"

Bloqer Kirill Şulika isə öz qeydində Sokurovun üzr istəməsini "lap Ramzan Kadırovun istədiyi kimi" sözləri ilə şərh edib. O, Çeçenistan rəhbərinin etiraz edənləri üzr istəməyə məcbur etdiyi bu halı "İzvinistan" (Üzristan) adlandırıb: "...İzvinistan get-gedə daha çox ərazi zəbt edir və get-gedə daha çox insan onun sakininə çevrilir. Yeri gəlmişkən, mən təsəvvür edirəm, dost-tanışı Sokurova nə deyib. Deyiblər ki, bax, Nemtsov üzr istəmədi. Aydın məsələdir ki, Kreml Sokurovun xətrinə dəyməz və o öz nitqini Vladimir Putinə ünvanlayıb. Onun da ona münasibəti yaxşıdır. Yəni Sokurova olar. Ancaq hətta bu belə səni İzvinistandan azad etmir".

Hörmət bildirənlər də var

Prezidentin sözçüsü Dmitri Peskov iddia edib ki, rejissorun narahatlıqları şişirdilib və əgər, həqiqətən də, Aleksandr Sokurovun həyatına təhlükə yaransa, Vladimir Putin onu qoruma ilə təmin edəcək.

Bir çox bloqqer məktubun dərcindən sonra rejissora hörmətlərini ifadə ediblər.

Viktoriya Fadeyeva yazıb: "Sokurov üzr istəyib. Ancaq mən buna görə ona daha çox hörmət bəsləyirəm. Şizofreniklərlə və qoyunlarla əlləşməmək daha yaxşıdır. Üzr istəyib çəkilmək daha yaxşıdır. Mümkün qədər uzağa çəkilmək. Özü də bu, növbəti dəfə bizim içində yaşadığımız reallığı qabarıq nümayiş etdirir".

Ramzan Kadırov boşananları məcburən barışdırır
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

"Heç bir üzrxahlıq onu alçaltmayacaq"

Kino tənqidçisi və jurnalist Yekaterina Barabaşsa öz bloq yazısında Sokurovun məktubunu üzrlər sırasına qoymağı "xırda, bayağı alçaqlıq" adlandırıb və Puşkinin bu sözlərini yada salıb: "O bizim kimi kiçik, bizim kimi iyrəncdir! Yalan deyirsiniz, əclaflar: o, həm kiçik, həm iyrəncdir – ancaq sizin kimi yox, başqa cür...".

"Bəli, Sokurov əclaflar qarşısında üzr istəyib və biz səbəbini bilmirik. Bəlkə, onun qollarını burublar, bəlkə də nəticələrdən narahatdır. Ancaq o deyib. Açıq, insanların arasında, adamları hətta sözlərə görə deyil, düşüncələrə, layklara, plastik stəkanlara görə həbsxanaya salan diktatorun, həqiqətdən oddan qorxan kimi çəkinən və ona nifrət edən diktatorun gözünün içinə deyib. Heç kimin demədiyi və deməyəcəyini deyib. Və bunun ardınca gələn heç bir üzrxahlıq onu alçaltmayacaq, buna ümid etməyin", – Barabaş yazıb.

XS
SM
MD
LG