Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:56

Putin – “Kremlin kasıb sakini?”


2014-cü il Milli Gənclər Forumunda
2014-cü il Milli Gənclər Forumunda

Rusiya prezidenti Vladimir Putin 2015-ci il üçün maliyyə bəyannaməsində 133 min dollar qazandığını yazıb

AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, Kremlin opponentləri və Qərb rəsmiləri Rusiya prezidenti Vladimir Putini öz hakimiyyətindən nəhəng sərvət və dəbdəbəli malikanələr əldə etmək üçün faydalanmaqda ittiham edirlər. Bu mülklərin arasında Qara dəniz sahillərində Putinə aid olduğu iddia edilən “Putin sarayı” da var.

Amma rəsmən baxanda Rusiya liderinin cibləri o qədər də dərin olmamalıdır. Bunu prezidentin Kreml tərəfindən aprelin 15-də açıqlanmış maliyyə hesabatı da göstərir. Bu bəyannamədə onun 2015-ci il üçün gəlirinin 8, 9 milyon rubl (133 min dollar) olduğu bildirlir. Bu, onun 2014-cü il üçün açıqladığı 7, 6 milyon rubldan (115 min dollar) bir qədər çoxdur.

Bu bəyannamədə, haqqında Qara dəniz sahilindəki Gelencik şəhərində dastanlar qoşulan barokko üslüblu malikanənin adı çəkilmir. Əvəzində Putin öz hesabatında yaşayış sahəsi 77 kvadratmetrlik bir mənzilinin, 1500 kvadratmetrlik torpaq sahəsinin və 18 kvadratmetrlik qarajının olduğunu göstərib.

Deklarasiyada onun həmçinin istifadə etdiyi 153 kvadratmetrlik başqa bir mənzildən də söhbət gedir.

Köhnə Niva, yoxsa şampan zirzəmisi?

Putinin bəyannaməsində Rusiya elitasının çox sevdiyi bahalı idman maşınları yoxdur. Prezident əvəzində deklarasiyada sovet istehsalından olan iki Lada Niva avtomobilini və qayıq yedəyinigöstərib.

Putinə aid edilən Chayka yaxtası
Putinə aid edilən Chayka yaxtası

Putin bəyannamədə qayığa sahib olduğunu da göstərməyib, hərçənd ötən il Kreml yaxınlığında sifarişli qətl nəticəsində öldürülmüş Boris Nemtsovun 2012-ci ildə yazdığı məqalədə Putinin bir neçə bahalı yaxtadan istifadə etdiyi göstərilmişdi. Bunlardan birində süni şəlalə və sampan zirzəmisi quraşdırılmışdı.

İş elə gətirib ki, prezidentin maliyyə açıqlamasından az əvvəl Panama sənədləri kimi tanınan qalmaqal baş verib. Panama hüquq firmalarından birinin serverlərindən sızmış e-maillərə görə Putinin yaxın dostu, violonçel çalan Roldugin ofşor zonada 2 milyard dollar dəyəri olan şirkətlərə sahibdir.

Bu sənədlərdə Putinin adı çəkilməsə də, ekspertlər ehtimal edirlər ki, sözü gedən şirkətlərin əsas mənfəətdarı elə prezidentin özü ola bilər. Kreml bu iddiaları qətiyyətlıə rədd edir.

Peskovun saatı Putinin illik maaşından bahadır

Bu hadisədən də bir qədər əvvəl ABŞ-ın Maliyyə Nazirliyi bildirmişdi ki, Putinin Gunvor adlı şirkətdə investisiyaları olub. Bu şirkət əvvəllər onun dostu Gennadi Timçenkonun adında idi.

"Peskovun saat;" internetd' hit olmu.du
"Peskovun saat;" internetd' hit olmu.du

Gunvor və Kreml bu iddiaları da rədd edirlər, lakin ABŞ Maliyyə Nazirlyinin terrorizm və maliyyə cinayətləri şöbəsinin rəhbəri Adam Szubin ötən yanvarda BBC-yə demişdi ki, cənab Putin ictimaiyyətdən gizli şəkildə böyük sərvət toplayıb.

Putinə yaxın başqa insanların da rəsmi maaşlarından qat-qat bahalı həyat yaşadıqları barədə söhbətlər dolaşır.

Onun mətbuat katibi Dmitri Peskovun öz toyunda qoluna bağladığı saatın 600 min dollar qiymətində olduğu bildirlirdi.

Peskov öz bəyannaməsində 2015-ci ildə 36, 7 milyon rubl (552 min 500 dollar) qazandığını bildirib. Belə çıxır ki, onun maaşı ötənilki 9, 2 milyon rubldan 4 dəfə artıb. Peskovun arvadı, 2006-cı il Olimpiya oyunlarının çempionu Tatyana Navka isə 2015-ci ildə 89 milyon rubl qazandığını bəyan edib.

17 min il violonçel çalmaq

AzadlıqRadiosunun müxbiri Carl Schreck yazır ki, “Göründüyü kimi Kremldə Putin kasıb oğlanlardan biridir. Lakin bu da qeyd olunmalıdır ki, “kasıb oğlanın” çox zəngin qohumları var. Putinin kürəkəni olduğu söylənən biznesmen Kiril Şamalov bu il Forbes jurnalında ən cavan milyarder olaraq göstərilib”.

Rusiyalı Tvitter istifadəçilərindən Quryanov Sergey hesablayıb ki, rəsmi gəlir bəyyanaməsindən çıxış edəndə, Putin, qızının xaç atası olduğu deyilən Rolduginin adına Panama sənədlərində olan 2 milyard dolları qazanmaq üçün yeraltı keçidlərdə 17 min il violonçel çalmalı idi.

XS
SM
MD
LG