Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:29

Pompeonun səfəri niyə ləğv olundu?


Mayk Pompeo
Mayk Pompeo

ABŞ Dövlət Departamenti müddətini baş vurmaqda olan prezident Donald Tramp administrasiyasının son böyük xarici səfərini ləğv edib.

Dövlət Departamenti yanvarın 12-də bildirib ki, dövlət katibi Mayk Pompeonun Brüsselə və onunla qonşu Lüksemburqa ikigünlük səfəri hakimiyyətin növbəti administrasiyaya “rəvan və qaydalı” şəkildə ötürülməsinə mane olmamaq məqsədilə qrafikdən çıxarılıb.

Yeni prezident seçilmiş Co Bayden vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq.

Xəbər verilir ki, səfərin ləğv edilməsi yanvarın 6-da Konqres binasında baş vermis zorakılıqlara görə Trampın vəzifədən uzaqlaşdırılması cəhdlərindən sonra baş verir.

İmpiçment hazırlığı

Demokrat millət vəkillərinin təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair qətnaməyə səsvermə Nümayəndələr Palatasında yanvarın 12-də keçirilməliydi.

Bu qətnamə vitse-prezident Mayk Pensin Trampın vəzifədən kənarlaşdırılması üçün Konstitusiyaya 25-ci Düzəlişin hərəkətə gətirməsini tələb edir.

Demokratlar Trampı qaragüruhun yanvarın 6-da Konqres binasına etdiyi basqın və zorakılığı qızışdırmaqda ittiham edirlər.

Bu da bildirlir ki, Pens ondan istənilən addımı atmasa, onda Nümayəndələr Palatası Trampın impiçmenti məsələsini səsə qoyacaq.

“Siyasi piromanyak”

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib ki, buna görə də bu həftə üçün nəzərdə tutulmuş bütün xarici səfərlər ləğv olunur.

Pompeo Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Belçika liderləri ilə görüşməli, daha sonra Lüksemburqa qısa səfər etməliydi.

Bir Lüksemburq rəsmisi adının çəkilməməsi şərtilə AFP agentliyinə deyib ki, Pompeonun səfəri Lüksemburqun xarici işlər naziri Jan Asselborn Tramp barəsində “kriminal” və “siyasi piromanyak” (bilərəkdən yanğın törətməklə müşayiət olunan psixi pozğunluq - red) sözlərini işlədəndən sonra təxirə salınıb.

Pompeonun özü 3 noyabr seçkisində Trampın məğlubiyyətinə baxmayaraq prezidentin ikinci müddətə hakimiyyətdə qalacağını söylədiyinə görə tənqid olunur.

Pompeo Konqresdə baş verən zorakılığı pisləsə də, Trampı dəstəkləməkdə davam edir.

XS
SM
MD
LG