Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

"Polislər tökülüşüb söyüşün birini 1 qəpikdən yağdırdılar"


Karikatura
Karikatura

►Şöbə rəisinin əməlini işçisi araşdıracaq?

Xaçmazın Çarxı kəndində yaşayan Zaur Əliyev AzadlıqRadiosuna danışır ki, fevralın 21-də Şabrandan Xaçmaza gələrkən Vəlvələçay yaxınlığında bir çayxanaya girib.

Ancaq buraya gələn polis işçiləri ovqatını necə təlx ediblərsə, çay içmək həvəsi də ölüb. Səbəbindən danışır:

“Elə çayxanaya təzəcə girmişdim, bir də baxdım ki, çöldə biri polis geyimində, o biriləri mülki geyimdə bir neçə nəfər maşınımın şəklini çəkir. Yaxınlaşdım, dedim, “maşın mənimdir, niyə çəkirsiz, nə məsələdir?” Söyüşün birini bir qəpikdən yağdırdılar. Dedim, “a kişi, axı nə baş verib? Cinayət törətmişəm? Maşın şəxsi əmlakımdır, mənə səbəbini izah edin ki, küçənin ortasında niyə tökülüşüb şəkillərini çəkirsiz?””

Zaur Əliyev
Zaur Əliyev

Zaur Əliyev deyir, maşının fotolarını çəkənlərdən biri Şabran rayon Polis Şöbəsinin təhqiqat şöbəsinin rəisi, digərləri sıravi polislər olub.

Dediyinə görə, səbəb izah etməyiblər, izahat istəyən maşın sahibini söyüb təhqir edərək uzaqlaşıblar.

Avtomobil sahibi hələ də nə baş verdiyinin ona bəlli olmadığını, heç vaxt polisə işi düşmədiyini deyir.

“Qorxuram ki, sabah maşınımın şəklini hansısa cinayət işinə tikərlər, oturduğum yerdə işə düşərəm”, - deyən Zaur Əliyev polis işçiləri ərazidən gedəndən sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bütün bunlar barədə məlumat verib.

İndi də onu Şabran rayon Polis Şöbəsinə çağırırlar.

Ancaq o, şöbəyə getməyə ehtiyat edir:

“GƏL, İZAHAT VER”

“Zəng vurub Şabran polisinin hərəkətlərindən şikayət eləmişəm, tələb eləmişəm ki, qanuni tədbir görülsün.

Əvəzində mənim şikayətimi elə həmin polis şöbəsinə veriblər ki, araşdırsınlar.

Şikayətçi düşdüyüm adamlar şikayətimi özləri araşdıracaqlar?

Mənə şöbədən zəng vurublar ki, “102-yə zəng eləmisən, gəl izahat ver””.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Şabran rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, vətəndaş 102 xidmətinə şikayət edibsə, gəlib izahat verməsi qanunidir. Zaur Əliyev də qanun çərçivəsində şöbəyə dəvət olunub ki, şikayəti araşdırılsın.

Zaur Əliyev deyir, maşının fotolarını çəkərkən onu təhqir edənlərdən biri elə Şabran rayon Polis Şöbəsinin təhqiqat şöbəsinin rəisi olub. O, şöbə rəisinin əməllərinin eyni şöbənin işçisi tərəfindən obyektiv araşdırılacağına inanmır:

“Məni şöbəyə dəvət edənsə rəis müavinidir. Deyir, “gəl, izahat ver, görək nə məsələdir”. Sizcə, rəis müavini mənim şikayətimlə təhqiqat şöbəsinin rəisini cəzalandıracaq? Heç mən də buna inanmıram”.

“TƏHQİQATÇI ÖZ RƏİSİNDƏN ŞİKAYƏTİ NECƏ ARAŞDIRACAQ?”

Hüquqşünas Fuad Hüseynovun sözlərinə görə, vətəndaşlar çox vaxt polisdən elə polisin özünə şikayət etməkdə səhvə yol verirlər:

“Əvvəla, izahat vermək üçün vətəndaşın polis şöbəsinə getməsi mütləq deyil. Təhqiqatçı ondan izahatı onun olduğu məkanda - məsələn, mənzilində, iş yerində ala bilər. İkincisi, polisin hərəkətlərini prokurorluq orqanı, ya da Daxili İşlər Nazirliyi araşdıra bilər. Şikayətçi olduğun polis əməkdaşının öz iş yoldaşı tərəfindən əməlinin obyektiv araşdırılacağı nə dərəcədə səmimi görünə bilər? Nəzərə alsaq ki, vətəndaşın şikayəti təhqiqat şöbəsinin rəisindəndir, ərizəni də ilkin olaraq təhqiqat şöbəsi araşdırır, təhqiqatçı öz rəisindən şikayəti nə dərəcədə obyektiv araşdıracaq, sual doğurur. Əlbəttə ki, qanunsuzdur”.

Hüquqşünas deyir, Zaur Əliyev şöbəyə getməkdən imtina edə və DİN-ə müraciət edə bilər ki, şikayəti həmin qurumda araşdırılsın. O, polisin hərəkətindən rayon prokuroruna və Baş prokurorluğa da yaza bilər.

Buna da bax...

XS
SM
MD
LG