Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

"Boruları səhv salıb qaz xəttinə su vurublar"


Illüstrasiya
Illüstrasiya

►“2 litrlik çaydanı 2 saata qaynadırıq. Qazın təzyiqi o qədər aşağıdır ki, tez-tez sönür”.

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsinin sakini Sənubər Piriyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, 2 aydır qaz gəlmir:

“Şəhərin göbəyində yaşayırıq, qaz yoxdur. Ev-eşiyi elektriklə qızdırırıq. Nə qədər təmir olar? Bunların təmirdən başqa bəhanəsi yoxdur. Nə vaxt qaz idarəsinin qapısına yaxınlaşıram, deyirlər, “ağbirçək, get evə, bir azdan qaz veriləcək””.

“EV QAZLA DOLUB”

Salatın Əsgərova küçəsinin sakini Adil Paşayev “Qaynar xətt”ə Nəsimi rayonu ərazisində təbii qazın qəhətə çıxdığı küçələrin adlarını sadalayır:

“Durun gəlin, birlikdə küçələri gəzək… Salatın Əsgərova, Şamil Əzizbəyov, Eldar Tağızadə, Süleyman Rüstəm, Sübhi Salayev, Salam Adil, Balababa Məcidov, Plotnikov küçələrinin bəzilərində yerli-dibli qaz yoxdur, bəzilərində təzyiq çox aşağıdır”.

Salatın Əsgərova küçəsinin sakini Dilrubə Əsgərova deyir, qaz idarəsi gecə-gündüz bilmir, sutkanın istənilən vaxtı qazı bağlayır, açır. O, qazdan boğulmaların, partlayışların artdığını söyləyir:

“Dəmiri qoyuram qazın üstünə, qazı da səhərə qədər az təzyiqdə yana-yana qoyuram ki, evlər soyumasın. Gecə oyanmışam ki, qaz iyi gəlir. Qaz sönüb, yanıb, ev qazla dolub. Səhər eşidirəm ki, tək mənim başıma gəlməyibmiş. Qonşular gileylənirlər ki, qazı gecəyarı bağlayıb təzədən açıblar”.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“QAZ XƏTTİNƏ SU VURMUŞDULAR”

Dilrubə xanım həm də qaz xətlərinə çox vaxt qaz əvəzinə hava vurulduğunu deyir:

“Hələ bu harasıdır, o günlərdə su idarəsinin işçiləri qaz xəttini su xətti ilə səhv salıb xəttə su vurmuşdular. Neçə gün əlləşdilər, düzəltdilər. Bir sözlə, qazla, işıqla, suyla bağlı nə ağlagəlməz macəra varsa, qış girəndən başımıza gəlir”.

Nəsimi rayon Qaz İdarəsindən isə bildirirlər ki, abonentlərin şikayətləri əsassızdır. İndi Bakının Nəsimi rayonu ərazisində qazın təzyiqi başqa ərazilərə nisbətən daha normaldır. Telefon zəngimizə cavab verən xanım belə deyir:

“Başa düşmürəm, nədən narazıdılar? Mən özüm Sabunçu ərazisində yaşayıram, bizdə vəziyyət bundan betərdi”.

“GİRİŞDƏ TƏZYİQ 20 MBAR GÖSTƏRİRSƏ...”

Nəsimi bazarı yaxınlığındakı qaztənzimləyici qurğunun başına toplaşan Nəsimi rayonu qaz idarəsinin işçilərindən qazın təzyiqinin aşağı olmasının səbəbləri ilə maraqlanırıq. Əməkdaş tənzimləyici şkafın qapısını açır, tənzimləyicinin ölçü cihazını göstərir və sual edir ki, əgər tənzimləyicinin girişində təzyiq 20 mbar göstərirsə, çıxışında təzyiq necə 40 mbar ola bilər ki, evlərə qaz normal getsin?

– Qaz tənzimləyicinin özünə belə gəlib çıxır. Burdan evlərə necə təzyiqlə ötürülə bilər ki?

– Salatın Əsgərova, Şamil Əzizbəyov, Eldar Tağızadə, Süleyman Rüstəm – bu küçələrdəki evlərə, deyilənə görə, yerli-dibli qaz getmir.

– Həmin küçələrə qaz Yasamal rayonu ərazisindəki qaz xətti ilə nəql olunur. Yasamalın özündə heç qaz yoxdur. Nəsiminin həmin küçələrinə qaz oradan ötürülür. Nizami metrosunun yaxınlığında - Zivərbəy küçəsindəki tənzimləyici vasitəsilə...

Bizimlə söhbət edən qaz idarəsinin əməkdaşları deyirlər, qazın təzyiqinin azalması, yaxud ümumiyyətlə, yerli-dibli kəsilməsi qənaət məqsədilədir.

Buna da bax...

Obama ilə görüşüb deyə sevincindən rəqs edən 106 yaşlı qoca
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

XS
SM
MD
LG