Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Polşa XİN Moskvada təhsil almış əməkdaşlarını işdən çıxarıb


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu

Polşanın Xarici İşlər Nazirliyi ölkənin “dekommunizasiyası” çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və ya geniş kütlələr arasında daha çox “MGİMO” kimi tanınan institutda təhsil almış əməkdaşlarını vəzifələrindən kənarlaşdırıb.

Bu barədə Gazeta Polska Codziennie qəzetinə müsahibəsində Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

Onun sözlərinə görə, MGİMO diplomu olan diplomatların sonuncuları iki ay bundan əvvəl işdən çıxarılıb:

“Biz bu çox mühüm prosesi bitirə bilmişik. Bu geniş mənada dekommunizasiyanın bir hissəsidir”.

Rau deyib ki, bu proses Polşada qəbul olunmuş lüstrasiya qanununun sayəsində mümkün olub:

“Bu institut böyük sovet imperializmi layihəsinin bir hissəsi idi. MGİMO bu imperializmin yaşaması üçün investisiya idi. Bu sovet zərif gücünün bir hissəsidir. Məzunlar bu imperiyanın maraqlarına xidmət etməli idilər”.

Raunun sözlərinə görə Moskva institutunun məzunu olması hələ kiminsə Rusiyaya işləməsi anlamına gəlmir, amma onlardan öz arzuları ilə olmadan belə xarici kəşfiyyatın istifadə etməsi riski həmişə var.

38-dən 1-i “təmiz” çıxıb

Rau deyib ki, o MGİMO məzunlarının siyahısını 2020-ci ildə xarici işlər naziri təyin edilən kimi tərtib etdirib.

Lakin Polşa dövlətinə sədaqəti şübhə doğuran əməkdaşların vəzifələrindən kənarlaşdırılması yalnız diplomatik xidmət haqqında qanuna düzəlişlər edildikdən sonra mümkün olub.

Qanuna düzəlişlərin yaratdığı mexanizm diplomatların təhlükəsizlik xidmətləri tərəfindən yoxlanmasına imkan verib:

“Biz bu prosedura başlayanda, XİN-də MGİMO-nu bitirmiş 38 əməkdaş çalışırdı. Kimsə artıq pensiyaya çıxmışdı, kimsə işdən getmişdi. Yerdə qalan 38 nəfərin 37-si yoxlamadan keçmədi. Yəni bir nəfər qaldı. Onların əksəriyyəti Polşada işləyirdi. Yalnız 6 nəfəri xaricdəki diplomatik missiyalarda idi”.

Rau bunu da deyib ki, işdən çıxarılanlardan 4-ü artıq məhkəməyə müraciət edib.

Nazir bildirib ki, hazırda XİN-də MGİMO məzunu olanlardan heç kim qalmayıb.

Ukrayna əsgərləri Polşada "Leopard" tanklarının təlimini keçir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Məzunlar - Lavrov, Tokayev, Əliyev...

Rusiyanın RBK agentliyi bildirir ki, Rusiya XİN-in tabeçiliyində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu 1944-cü ildə yaradılıb.

Bu institutun məşhur məzunları sırasında Rusiyanın indiki xarici işlər naziri Sergey Lavrov, onun bir neçə müavinləri, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya və Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da var.

MGİMO doplomunu habelə bir sıra Avropa ölkələrinin rəsmiləri alıblar. Məsələn Polşanın Avropa Şurasındakı keçmiş nümayəndəsi, habelə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin keçmiş başçısı Pyotr Skitalski, 2003-2005-ci illərdə NATO baş katibinin keçmiş köməkçisi olmuş polyak Adam Koberatski, Avropa Komissiyasının indiki vitse-prezidenti Maroş Şevçoviç və Çexiya hökumətinin keçmiş üzvü və Aİ-nin genişlənmə üzrə komissarı Ştefan Fule bu institutun məzunlarıdırlar.

MGİMO-nun İki məzunu – İlham ƏliyevKasım-Jomart Tokayev isə Azərbaycanın və Qazaxıstanın prezidentləridir.

XS
SM
MD
LG