Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Parlament pensiya yaşını da, iş stajını da artırdı


Ahıl yaşlarında qadın.
Ahıl yaşlarında qadın.

Bu gün, martın 10-da ölkə parlamenti “Əmək pensiyaları haqqında” qanuna 98 əlavə və dəyişiklik edib.

Əlavə və dəyişikliklər bu il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişikliklər pensiyaya çıxmaqla bağlı müxtəlif istiqamətlərin yeni qaydada tənzimlənməsini nəzərdə tutur.

Parlamentin rəsmi internet səhifəsi əlavə və dəyişikliklərin tam mətnini yayıb.

Buna da bax:​ 'Ömür qısalır, pensiya yolu uzanır'

İş stajı müddəti artdı

Dəyişikliklər pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılmasını nəzərdə tutur. Dəyişikliyə görə, bundan sonra dövlət qulluqçularının pensiyaya çıxmasından ötrü 20, hakimlərdən 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq.

Digər peşələrə görə isə, tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılır.

İndiyədək pensiyaya çıxmaqdan ötrü dövlət qulluqçularına 15, hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.

Dəyişikliklər pensiya yaşının artırılaraq əmək pensiyalarından ötrü tələb olunan yaş hədləri ilə diferensiallaşdırılmasını da nəzərdə tutur.

Buna da bax: Azərbaycanda 65 yaşdan yuxarı yaşayanlar...

Pensiya yaşı 65 yaşa qaldırıldı

Həmin müddəalara görə, kişilərin pensiyaya çıxmaq yaşı hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılır. Qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılmaqla 65 yaşa çatdırılacaq.

Hazırda qadınların pensiya yaşı 60, kişilərinki isə 63-dür.

Dəyişiklik pensiya məbləğinin quruluşunu da əhatə edir

Pensiyaların baza hissəsi anlayışı ümumiyyətlə ləğv edilir, qanundan çıxarılır. Bundan sonra pensiya məbləği yalnız sığorta hissəsindən ibarət olacaq.

Buna da bax: Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'

Digər diqqətçəkən dəyişiklik pensiyaçıların ödədikləri məcburi dövlət sosial siğorta haqlarının toplanması qaydası ilə bağlıdır. İndiyədək toplanmış məcburi dövlət sosial sığorta haqqının 50 faizi vətəndaşın, yerdə qalan hissə isə Dövlət Sosial Müdafiə Fondunun hesabında əks olunurdu. Bundan sonra vətəndaşın ödədiyi sığorta haqqının 90 faizi onun hesabında toplanacaq.

XS
SM
MD
LG