Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:17

Patriarx deyib ki, ‘koronavirusa şəkk etmək, Allaha şəkk etmək kimidir...’


Patriarx Kirill
Patriarx Kirill

Rus Pravoslav Kilsəsinin rəhbəri – patriarx Kirill yanvarın 6-da verdiyi xütbədə yeni tipli koronavirus pandemiyasına inanmamağı Allaha inanmamaqla müqayisə edib.

Rusiyanın dövlət TASS xəbər agentliyinin yazdığına görə Kirill deyib:

"Adamların Allaha inanmaması çox təhlükəli, ölümcül təhlükəli haldır. Eləcə də bugün adamların infeksiyanın yayılmasına inanmaması və özlərini bu infeksiyadan qorumaması təhlükəlidir”.

Onun sözlərinə görə xəstəliklərə inanmayan və tibbi tövsiyələrə məhəl qoymayanlar “axmaq” adamlardır:

"Amma biz inanan insanlarıq. Bilirik ki, dünyada belə axmaq adamlar var. Axı həm də Allaha inanmayan çox sayda adam var”.

Kirill möminləri pandemiya dövründə məbədləri ziyarət edərkən virusdan qorunma təlimatlarına riayət etməyə və hakimiyyətin pandemiya ilə bağlı tələblərinə tabe olmağa çağırıb.

Koronavirusa “şəkk edən” keşişlər

AzadlıqRadiosunun Rus xidməti xatırladır ki, pandemiyanın birinci dalğası zamanı – 2020-ci ilin yazında Rusiyanın bir çox ultramühafizəkar keçişləri və yepiskopları möminləri pandemiyanın yaratdığı təhlükəyə məhəl qoymamağa çağırmış, öz kilsələrində heç bir profilaktik tədbir görməmişdilər.

Yanvarın 6-dan 7-nə keçən gecə Rus Pravoslav Kilsəsi İsa Məsihin mövludunu qeyd edir. Bu Xristianlığın iki böyük bayramından biridir.

Patriarxlığın saytında verilən məlumatda deyilir ki, Mövlud ibadəti Moskvadakı Xilaskar Məsih məbədində keçiriləcək və mərasimə yalnız dəvətnamələri olanlar buraxılacaq.

Məlumatda qeyd olunur ki, “əlverişsiz epidemioloji vəziyyət koronavirus infeksiyasına qarşı təlimatlara ciddi riayət olunmasını tələb edir”.

Bundan əvvəl anonim Tserkvaç Telegram kanalında bildirilirdi ki, patriarx ibadətinin iştirakçıları Moskva mehmanxanasında karantin keçirlər.

Axilla saytının yazdığına görə pandemiya dövründə patriarx Kirill vaxtının çoxunu Moskva yaxınlığındakı Peredelkono kəndində, öz iqamətgahında keçirir və kütləvi mərasimlərə demək olar, qatılmır.

XS
SM
MD
LG