Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:36

Patriarx Kirill deyir ki, Ukraynada ölmək bütün günahları yuyur


Prezident Vladimir Putin (solda), müdafiə naziri Sergey Şoyqu və Patriarx Kirill
Prezident Vladimir Putin (solda), müdafiə naziri Sergey Şoyqu və Patriarx Kirill

Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirill deyib ki, “hərbi borcu yerinə yetirərkən qurban getmək bütün günahları yuyub aparır”.

Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirill deyib ki, “hərbi borcu yerinə yetirərkən qurban getmək bütün günahları yuyub aparır”.

Patriarxın bazar günü xütbəsi zamanı dediyi bu sözlər Rusiyada Putinin elan etdiyi qismən səfərbərliklə eyni vaxta təsadüf edib.

Qərb rəsmilərinin təxminlərinə görə Rusiya Ukrayna müharibəsində indiyədək 70-80 min nəfər itki verib.

Rusiya rəsmiləri bildiriblər ki, səfərbərlik yalnız rezervistləri əhatə edəcək və 300 min nəfərin orduya çağırılması ilə nəticələnəcək.

Lakin Rusiya mediası bildirir ki, Kremlin hədəfi Ukraynada döyüşmək üçün 1 milyon nəfəri səfərbər etməkdir.

Vladimir Putinin qızğın tərəfdarı olan patriarx Kirill Roma papası Frensisin “Putinin kilsə əlaltısına çevrilməmək” xəbərdarlığına baxmayaraq iddia edib ki, rusiyalılar ukraynalıları öldürməklə “qəhrəmanlıq” edirlər:

"Kilsə qəbul edir ki, vəzifə borcunu yerinə yetirənlər, içdikləri anda sadiq qalanlar və hərbi vəzifəsini icra edərkən ölənlər heç şübhəsiz qurbana bərabərdir”.

Rus kilsəsinin parçalanması

Putin sentaybrın 21-də qismən səfərbərlik elan edəndən sonra Kirill deyib ki, “naməlum qüvvələr ukraynanlıların müqəddəs Rus torpağının bir hissəsinə çevrilməsinə imkan vermirlər”.

Kirill Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinə “pozğun Qərbə” qarşı mübarizə kimi baxır.

Ukraynadakı pravosavların 34 faizi 2019-cu ildə rəsmən Rus Kilsəsindən ayrılmış Ukrayna patriarxlığına aiddir.

Ukraynadakı mömin pravoslavların 14 faizi özünü hələ də Moskva patriarxlığının təbəəsi hesab edir.

Rusiyanın Ukraynaya hücumundan sonra 400 Ukrayna pravoslav kilsəsi Moskva patriarxlığı ilə əlaqəsini kəsib.

Ukrayna arxiyepiskopu Kliment hələ may ayında demişdi:

"O nəinki Rusiyanın təcavüzünü pisləməyib, o hətta əzab çəkən Ukrayna xalqına təsəlli də verməyib.”.

Rus Pravoslav Kilsəsinin 150 ruhanisi Kirillə müraciət edərək müharibənin dayandırılmasına çağırıb.

XS
SM
MD
LG